Məhkəmə Azər Qasımlının şahid tələbi ilə bağlı vəsatətini baxılmamış saxlayıb
Foto: VOA
Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan politoloq Azər Qasımlının vəkilləri onun işində zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifovun keçmiş həyat yoldaşının məhkəmədə dindirilməsini istəyiblər.
“Azadlıq Radiosu” xəbər verir ki, bu barədə vəsatəti vəkil Rövşanə Rəhimova oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda qaldırıb.
Hazırda məhkəmədə A.Qasımlının dindirilməsi davam edir.
Politoloq bildirib ki, Q.Yusifova kriptovalyuta birjasına yatırım üçün iki dəfəyə 20 min dollar verib, lakin qarşı tərəf etimadından sui-istifadə edib.
Vəkillər suallara etiraz edərək bildiriblər ki, istintaqın predmeti “hədə-qorxu ilə tələb etmə”dir və kommersiya xarakterli suallar vaxt itkisinə səbəb olur.
Rövşanə Rəhimova deyib ki, Q.Yusifovun şikayətindən başqa nə birbaşa şahid, nə də sübut var:
"Birbaşa şahid Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı ola bilərdi. O, ötən məhkəmə iclaslarının birində Azər Qasımlıya bildirdi ki, "sənə görə ailəm dağıldı". Üstəlik, iddia edir ki, Azər Qasımlı onu həmin həyat yoldaşından olan oğlunu oğurlamaqla hədələyib. Əgər doğrudan da Azər Qasımlıya görə ailəsi dağılıbsa, keçmiş həyat yoldaşı gəlsin, suallarımızı verək, o da cavab versin…”.
Prokuror və zərərçəkmiş tərəf vəsatətə etiraz edib. Hakimlər vəsatəti baxılmamış saxlayaraq bildiriblər ki, əsas şahidlər ifadə verdikdən sonra bu məsələ yenidən müzakirə olunacaq.
Məhkəmə prosesi oktyabrın 22-nə təxirə salınıb.
Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur. Politoloq ittihamları rədd edir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Sosial media
Sosial media
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"