Manşet

İsrail və HƏMAS atəşkəsə razılaşıb 

9 Oktyabr, 2025
35

Foto: Aljazeera

İsrail və HƏMAS Qəzzada atəşkəsə və əsir mübadiləsinə razılaşıblar. 

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində xəbər verib. 

"Mən böyük qürur hissi ilə elan edirəm ki, İsrail və HƏMAS Sülh Planımızın birinci mərhələsini imzalayıb. Bu o deməkdir ki, bütün girovlar çox tezliklə azad ediləcək və İsrail qoşunlarını razılaşdırılmış xəttə qədər geri çəkəcək — bu, Güclü, Davamlı və Əbədi Sülhə doğru ilk addımdır. Bütün tərəflərə ədalətli yanaşılacaq! Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün qonşu ölkələr və Amerika Birləşmiş Ştatları üçün möhtəşəm bir gündür. Bu tarixi və misilsiz Hadisənin baş tutmasına yardım edən Qətər, Misir və Türkiyə nümayəndələrinə təşəkkürümüzü bildiririk", - o yazıb. 

İsrail baş naziri Benyamin Netanyahu da "X" səhifəsində xəbəri təsdiqləyib. O, razılaşmanı İsrailin "diplomatik uğuru və milli və əxlaqi qələbəsi" adlandırıb. 

HƏMAS isə açıqlama yayaraq bildirib ki, razılaşma “Qəzzaya qarşı müharibənin dayandırılmasını, işğalçı qüvvələrin Qəzzadan çıxarılmasını, humanitar yardımın daxil olmasını və məhbus mübadiləsini” nəzərdə tutur.

Qruplaşma Qətər, Misir, Türkiyə və Trampa vasitəçilik səylərinə görə təşəkkür edib. Hərəkat, həmçinin, Trampı və digər tərəfləri “işğalçı hökuməti razılaşmanın tələblərini tam şəkildə yerinə yetirməyə məcbur etməyə və onun razılaşdırılmış müddəaları yerinə yetirməkdən yayınmasına və ya təxirə salmasına imkan verməməyə” çağırıb.

Açıqlamada deyilir:
“Biz Qəzza Zolağında, Qüdsdə və İordan çayının qərb sahilində yaşayan böyük xalqımıza salam göndəririk – onlar misilsiz qürur, qəhrəmanlıq və şərəf nümayiş etdirdilər. Bu böyük fədakarlıqlar və möhkəm mövqelər İsrail işğalının tabe etdirmə və köçürmə planını puça çıxardı.”

HƏMAS bəyanatında əlavə edib ki, “xalqımızın azadlıq, müstəqillik və öz müqəddəratını təyinetmə kimi milli hüquqlarından imtina etməyəcək.”

HƏMAS rəsmisi "Al Jazeera"-yə əsirlərin 72 saat ərzində azad oluna biləcəyini deyib. 

Qəzza sakinləri oktyabrın 9-a keçən gecə bombardmanın dayandığını xəbər veriblər. 

Netanyahu bildirib ki, o, razılaşmanı oktyabrın 9-da hökumət kabinetinə təsdiq üçün təqdim edəcək.
Razılaşma qəbul olunduqdan sonra İsrail ordusu Qəzzadan geri çəkiləcək, bundan 72 saat sonra isə HƏMAS-ın girovların azad edilməsinə başlaması gözlənilir.

Trampın isə yaxın günlərdə Misirə səfər edəcəyi gözlənilir. Netanyahu da onu İsrail parlamentində (Knessetdə) çıxış etməyə dəvət edib və Tramp mətbuata verdiyi açıqlamada bu səfəri həyata keçirmək və çıxış etmək ehtimalının “böyük olduğunu” bildirib.

2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna etdiyi hücumla başlayan müharibə düz iki il İsrailin Qəzzanı bombalaması ilə davam edib. 

Bu müddət ərzində Qəzzada 66 mindən çox sakinin öldüyü bildirilir. Onların 20 mindən çoxu uşaqlardır. 

HƏMAS 2023-cü ilin oktyabrında 250-ə yaxın israillini əsir götürüb. Onların 20-sinin hələ də əsirlikdə olduğu güman edilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Əli Kərimli üçün pasport hazırlanıb, amma verilməyib 

9 Oktyabr 2025

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Daxili İşlər Nazirliyinin onun xarici pasport almasına imkan vermədiyini deyib.  Ə.Kərimli "Facebook" səhifəsində xəbər verib ki, oktyabrın 7-də bir gün ərzində pasport almaq üçün ASAN Xidmət mərkəzlərindən birinə müraciət edib və rüsum ödəyib. Ona pasportun növbəti gün hazır olacağı deyilib.  Oktyabrın 8-də ASAN Xidmətə yaxınlaşan partiya sədrinə bir neçə telefon zəngindən sonra pasport verilməkdən imtina olunduğu bildirilib.  "Mən imtinanın səbəbini soruşanda əməkdaş yəqin ki, özündən vəzifəsi böyük olan başqa xanıma müraciət etdi. Həmin xanım da mənə bildirdi ki, sizə pasport verilməsinə DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya  idarəsi icazə vermir. İmtinanın heç...
Manşet

Fərid İsmayılov üç gündür aclıq aksiyası keçirir

8 Oktyabr 2025

Foto: sosial media

"Toplum TV"-nin həbsdə olan əməkdaşı Fərid İsmayılov təcridxanada aclıq aksiyasına başlayıb. Bu barədə onun anası "Toplum TV"-yə məlumat verib. O bildirib ki, oğlu oktyabrın 6-dan etibarən aclıq edir. F. İsmayılov telefon danışığında anasına bildirib ki, yan kamerada saxlanılan Seymur adlı məhbusun ölüm təhdidləri təcridxana rəhbərliyi tərəfindən etinasızlıqla qarşılanıb. Jurnalisti hədələyən məhbus qısa müddətə başqa kameraya köçürülsə də, daha sonra yenidən öz yerinə qaytarılıb. Bu dəfə isə Fərid İsmayılovun kamerası dəyişdirilib. "Fəridi səkkiz nəfərlik, dolu kameraya aparıblar, yerə matras atıblar ki, burada yat. Onun ciyərlərində problem var, üstəlik istilik sistemi də işləmir. Buna etiraz olaraq o, yatmır, sadəcə yerdə oturur", –...

Seçilmiş Videolar

Toplum TV loqo