Dünya

Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

9 Oktyabr, 2025
24

Foto: Mirco Toniolo

2025-ci il ədəbiyyat üzrə Nobel mükafatı macar yazıçı Laszlo Krasznahorkaiyə  verilib. 

Nobel Komitəsinin bəyanatında qeyd olunur ki, yazıçı “apokaliptik terror şəraitində belə incəsənətin gücünü bir daha təsdiqləyən, inandırıcı və peyğəmbəranə yaradıcılığına görə” bu mükafata layiq görülüb.

Krasznahorkai 1954-cü ildə Macarıstanda anadan olub. Onun 1985-ci ildə nəşr edilən ilk romanı — “Şeytani Tanqo” (“Satantango) — ədəbi sensasiyaya çevrilmiş və müəllifə böyük şöhrət qazandırmışdı.

Komitənin açıqlamasında bildirilir ki, yazıçının bir çox əsərləri apokaliptik motivlər daşıyır və insanın mənəvi çöküşü fonunda sənətin dirəniş gücünü təsvir edir.

2024-cü ildə Nobel mükafatını cənubi koreyalı yazıçı Han Kan “tarixi travmalara qarşı çıxan, insan həyatının kövrəkliyini açıq şəkildə göstərən poetik prozasına görə” qazanmışdı.

2023-cü ildə isə bu mükafata norveçli yazıçı Yun Fosse “ifadə olunması çətin olan duyğuları səhnəyə və nəsrə gətirən yenilikçi yaradıcılığına görə” layiq görülmüşdü. 

Fosse 1983-cü ildə ilk romanını — “Qırmızı, Qara” — nəşr etdikdən sonra 30-dan çox əsər qələmə alıb.

Ədəbiyyat üzrə “Nobel” mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafatdır. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş “Nobel” mükafatından biridir. Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Tibb üzrə Nobel mükafatı laureatları məlum olub

6 Oktyabr 2025

Foto: The Nobel Prize

Fiziologiya və tibb üzrə Nobel mükafatı periferik immun tolerantlığı araşdırdıqları üçün alimlər Meri Brunkou, Fred Ramsdell və Şimon Sakaquçiyə verilib. 2024-cü ildə bu nominasiyada qaliblər Viktor Embros və Qeri Ravkan olmuşdu. Onlar mikroRNT və onun genlərin posttranskripsion tənzimlənməsindəki rolunu kəşf etmişdilər.  Alimlər genlərin tənzimlənməsinin tamamilə yeni prinsipini ortaya qoyublar və bu prinsip çoxhüceyrəli orqanizmlər, o cümlədən insan üçün son dərəcə mühüm sayılır.  Rəsmi press-relizdə qeyd olunub ki, hazırda insan genomunda minlərlə mikroRNT-nin kodlandığı məlumdur. Meri Brunkou 1961-ci ildə ABŞ-də doğulub. Onun əsas elmi maraq dairəsi genetika, molekulyar biologiya və immunologiya sahələrini əhatə edir. Fred Ramsdell isə ABŞ-dən olan immunoloqdur. Şimon...
Dünya

Gürcüstanda seçkidən sonra həbslər davam edir

6 Oktyabr 2025

Foto: Reuters

Oktyabrın 4-də Gürcüstanda keçirilən bələdiyyə seçkilərindən və etirazlardan sonra hakimiyyət orqanları həbslərin davam edəcəyini bildirib.  Ölkənin Daxili İşlər Nazirliyi qarşıdakı günlərdə hökumət əleyhinə etirazlara qarşı təzyiqlərin artırılacağını vurğulayıb. Son məlumatlara görə, seçki günü keçirilən nümayiş və sonrakı toqquşmalarla əlaqədar beş müxalif fiqur saxlanılıb. “Zorakılıqda iştirak edən hər kəs istisnasız olaraq hökuməti devirmə cəhdinin iştirakçısıdır”, – baş nazir İrakli Kobaxidze seçkidən sonra keçirilən brifinqdə bildirib və əlavə edib ki, “bu insanlar qarşıdakı günlərdə sürprizlər gözləməlidirlər.” O, həmçinin, dövlətin indi “30 həyasız təxribatçıdan daha çoxunu” həbs etməli olacağına işarə edib.  Kobaxidze əlavə edib ki, dövlətin indi əvvəlki etiraz dalğaları ilə müqayisədə "vətəndaşları...

Seçilmiş Videolar

Toplum TV loqo