Manşet

Əli Kərimli üçün pasport hazırlanıb, amma verilməyib 

9 Oktyabr, 2025
332

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Daxili İşlər Nazirliyinin onun xarici pasport almasına imkan vermədiyini deyib. 

Ə.Kərimli "Facebook" səhifəsində xəbər verib ki, oktyabrın 7-də bir gün ərzində pasport almaq üçün ASAN Xidmət mərkəzlərindən birinə müraciət edib və rüsum ödəyib. Ona pasportun növbəti gün hazır olacağı deyilib. 

Oktyabrın 8-də ASAN Xidmətə yaxınlaşan partiya sədrinə bir neçə telefon zəngindən sonra pasport verilməkdən imtina olunduğu bildirilib. 

"Mən imtinanın səbəbini soruşanda əməkdaş yəqin ki, özündən vəzifəsi böyük olan başqa xanıma müraciət etdi. Həmin xanım da mənə bildirdi ki, sizə pasport verilməsinə DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya  idarəsi icazə vermir. İmtinanın heç bir izahatı da yoxdur. Sonra məndən dünən aldıqları xidmət haqqını geri qaytardılar", - o qeyd edib. 

Ə.Kərimli xatırladıb ki, pasport ala bilməməsi ilə bağlı bir ay öncə baş prokuror Kamran Əliyevə də müraciət edib, lakin cavab almayıb. 

"Mən əlbəttə ki, DİN-in müvafiq baş idarəsinə də müraciət edəcəm. Ancaq   mən də, siz də bilirik ki, 20 il ərzində mənə pasport verməmək və mənim xarici səfərlərimə qadağa qoymaq qərarı yalnız İlham Əliyev tərəfindən verilə bilər. Görünür Əliyevsayağı ədalət, rəqabət belə olur. 
Ancaq hər zaman belə olmayacaq. O topal ədalət bir gün bizim ölkəmizə də gəlib çatacaq. İndi yaşadığımız absurdlar isə  tarix olacaq. Avtoritarizmin, tək adam  hakimiyyətinin bağlanacaq  kitabının sadəcə bir səhifəsi olacaq"
, - o əlavə edib. 

Ə.Kərimli bu yaxınlarda Varşava, Afina, Riqa və Praqada keçirilən beynəlxalq forumlara dəvət olunub. Bununla bağlı o, xarici pasport ala bilməməsi məsələsini gündəmə gətirib.

Ə.Kərimli xarici pasportunun etibarlılıq müddəti bitdiyindən 2006-cı ildə yenidən sənəd almaq üçün müraciət etsə də, ona həmin sənəd verilməyib. Partiya sədrinin sözlərinə görə, 1994-cü ildə başlanmış cinayət işinin hələ də açıq olması buna əsas göstərilib. Ə.Kərimli barəsində 1994-cü ilin sentyabrında cinayət işi başlanmışdı. Hələ o zaman hüquq-mühafizə orqanları Ə.Kərimlinin cibindən partladıcı maddə tapıldığını bildirmişdi, özü isə ittihamları rədd etmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı

7 Sentyabr 2026

sosial media

Nədənsə bu məmləkətin insanlarına baxdıqda Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı və həmin arzular onu yaşadırdı. Bəlkə də insanı yaşadan elə arzularıdır. Bu gün sahib olmadığımız, amma sabah əldə edəcəyimizə inandığımız şeylər, bir gün dəyişəcəyini düşündüyümüz həyat, gələcəyinə ümid etdiyimiz yaxşı günlər. Həyatımızın böyük bir hissəsi bu gözləntilərin içərisində keçir. Bəzən fərqinə varmadan bu günü deyil, gələcəkdə başlayacağına inandığımız başqa bir həyatı yaşayırıq və ya onu yaşamağı arzu edirik. İtalyan yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanında gənc leytenant Droqo hərbi məktəbi bitirdikdən sonra xidmət etmək üçün Bastiani qalasına göndərilir. Qarşıda uzun bir həyatı, hərbçi...
Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo