Foto: Meydan TV
“QHT işi” üzrə təqsirləndirilənlərdən biri, “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
“APA”-nın məlumatına görə, oktyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə baş tutan prosesdə Bəşir Süleymanlının vəkilinin onun yanında əyləşməsi barədə vəsatət təmin edilib. Daha sonra anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs Bəşir Süleymanlı cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Onun müdafiəçisi Elçin Sadıqov da vəsatətin təmin olunmasını istəyib.
Dövlət ittihamçısı isə vəsatətlərin rədd edilməsini təklif edib.
Müşavirədən sonra məhkəmə vəsatətləri təmin etməyib və işin məhkəmə baxışına verilməsinə qərar verib.
Baxış iclası oktyabrın 23-nə təyin olunub.
Bəşir Süleymanlı bu ilin martında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
“QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb. İlk olaraq Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay saxlanılıb. Apreldə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib.
İqtisadçı Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib.
Onlara qarşı cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq maddələri üzrə ittiham irəli sürülüb.
İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.
Bundan başqa, “Hüquq və İnkişaf” İB rəhbəri Hafiz Həsənov, sabiq GMF məsləhətçisi Mehriban Rəhimli və digərləri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Məhkəmə Azər Qasımlının şahid tələbi ilə bağlı vəsatətini baxılmamış saxlayıb
Foto: VOA
Foto: açıq mənbə
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır