Rusiya-Ukrayna müharibəsində döyüşdüyü deyilən daha 4 azərbaycanlı həbs olunub
Foto: açıq mənbə
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rusiya-Ukrayna müharibəsində iştirak etdiyi deyilən daha 4 Azərbaycan vətəndaşını saxlayıb.
DTX-nin yaydığı məlumata görə, saxlanılan şəxslərin 25, 23 və 22 yaşları var. Onlar yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham irəli sürüldüyü və özlərinin ittihama münasibəti məlum deyil. Onların hansı ölkə tərəfində döyüşdüyü də qeyd olunmur.
Hüquq-mühafizə orqanları əvvəl də Rusiya üçün döyüşdüyü iddia olunan şəxsləri həbs edib.
Ötən ilin iyulunda Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə iki azərbaycanlının barəsində həbs qətimkan tədbiri seçilib.
Bildirilib ki, həmin şəxslər Rusiyada cəza çəkdikləri vaxt “Vaqner” silahlı qruplaşmasının rəhbəri olmuş Yevgeni Priqojin tərəfindən “şəxsən seçilərək cəzalarının icrasından yayındırılıb və razılaşdırılmış vəsait müqabilində müxtəlif hərbi əməliyyatlara cəlb ediliblər”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Bəxtiyar Hacıyev: “300-dən çox siyasi məhbus ‘sülh əsiri’ kimi qəbul edilməlidir”
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”