Ruslan İzzətli: Texniki səhv kimi yanaşdığınız prosesdə insan taleyi həll olunur
Foto: VOA
III Respublika Platformasının qurucu üzvü, "Toplum TV işi" üzrə həbsdə olan Ruslan İzzətli ictimaiyyətə məktub ünvanlayıb.
İttiham aktında özü ilə bağlı hissəyə diqqət çəkən R.İzzətli "Toplum TV işi"ndən bir neçə ay öncə açılan “Abzas Media işi”nin onunla bağlı hissəyə əlavə edildiyini qeyd edib.
"Mənim 8 mart 2024-cü ildə yox, 2023-cü ilin noyabrında həbs edildiyim yazılıb. Sizin texniki səhv dediyiniz hissə Bakı Apellyasiya Məhkəməsinin həbsimlə bağlı qərarında da qeyd edilib. Şahid ifadələrində qeyd edilən tarixlər haqda deyəcəksiniz ki, texniki səhvdir. Sabah bizi azad edəndə də deyəcəklər ki, həbsiniz texniki səhv idi. Texniki səhv kimi yanaşdığınız prosesdə insan taleyi həll olunur. Bu qədər insan heç bir cinayət işləmədiyi halda aylardır ki, həbsxana hücrələrində saxlanılır."
Siyasətçi ittiham aktının "bu qədər qeyri-peşəkar hazırlanmasının" ittihamların hüquqi deyil, siyasi qərar olduğunu bir daha təsdiq etdiyini bildirib.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, "Toplum TV"-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, "Toplum TV" redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
"Abzas"çılar: Müstəqil media xəbərləri əvəzinə bizə "İki Sahil" və "Səs" qəzetləri verilir
Foto: Abzas Media
Foto: açıq mənbə
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır