Manşet

"Sputnik Azərbaycan"ın icraçı direktoru azadlığa buraxılıb

10 Oktyabr, 2025
26

Foto: açıq mənbə

Bakıda həbsdə olan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıxın azadlığa buraxıldığı bildirilir. 

Bu barədə “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikov Rusiya prezidentinin köməkçisi Yuri Uşakova istinadən xəbər yayıb. 

Uşakovun sözlərinə görə, bununla bağlı qərar Düşənbədə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində qəbul edilib.

Oktyabrın 9-da Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin görüşüblər. 

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktoru Yevgeniy Belousov polisin iyunun 30-da "Sputnik Azərbaycan" ofisində keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. 

Onların həbsi iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində iki azərbaycanlının ölümü ilə nəticələnən Federal Təhlükəsizlik Xidmətinin reydindən sonra baş vermişdi. 

"Sputnik Azərbaycan"ın azərbaycanlı əməkdaşları isə saxlanıldıqdan sonra azadlığa buraxılmışdılar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

"Abzas"çılar: Müstəqil media xəbərləri əvəzinə bizə "İki Sahil" və "Səs" qəzetləri verilir

10 Oktyabr 2025

Foto: Abzas Media

“Abzas Media”nın həbsdə olan qadın jurnalistləri saxlanıldıqları Lənkəran Penitensiar Kompleksi rəhbərliyinin onlara verilən vədləri yerinə yetirmədiyini bildirirlər.    "Abzas Media"nın xəbərinə görə, jurnalistlərdən biri Elnarə Qasımova ailəsi ilə danışığında deyib ki, cəzaçəkmə müəssisəsinə köçürüləndən bəri onlara siqaret çəkilməyən kamerada qalacaqları söz verilsə də, hazırda onlardan E.Qasımova və Nərgiz Absalamova siqaret çəkən məhbuslarla birlikdə saxlanılırlar.   “14 gündür ki, vədlərinə əməl etmirlər. Halbuki karantin müddəti bitəndə bunu edəcəklərini demişdilər. Nərgizlə mən siqaret çəkənlərin olduğu otaqda saxlanılırıq. Məndə bronxial astma var. Siqaret tüstüsü nəfəs almağımı çətinləşdirir. Nərgiz də siqaret tüstüsünü götürmədiyindən gözləri göynəyir, nəfəs darlığı yaşayır", – o qeyd edib.    E.Qasımova...
Manşet

Ruslan İzzətli: Texniki səhv kimi yanaşdığınız prosesdə insan taleyi həll olunur

10 Oktyabr 2025

Foto: VOA

III Respublika Platformasının qurucu üzvü, "Toplum TV işi" üzrə həbsdə olan Ruslan İzzətli ictimaiyyətə məktub ünvanlayıb. İttiham aktında özü ilə bağlı hissəyə diqqət çəkən R.İzzətli "Toplum TV işi"ndən bir neçə ay öncə açılan “Abzas Media işi”nin onunla bağlı hissəyə əlavə edildiyini qeyd edib.  "Mənim 8 mart 2024-cü ildə yox, 2023-cü ilin noyabrında həbs edildiyim yazılıb. Sizin texniki səhv dediyiniz hissə Bakı Apellyasiya Məhkəməsinin həbsimlə bağlı qərarında da qeyd edilib. Şahid ifadələrində qeyd edilən tarixlər haqda deyəcəksiniz ki, texniki səhvdir. Sabah bizi azad edəndə də deyəcəklər ki, həbsiniz texniki səhv idi. Texniki səhv kimi yanaşdığınız prosesdə insan taleyi həll olunur. Bu...

Seçilmiş Videolar

Toplum TV loqo