Məhkəmə

“QHT işi” üzrə Hafiz Həsənovun məhkəməsi başlayır

10 Oktyabr, 2025
50

Foto: VOA

“QHT işi” üzrə təqsirləndirilənlərdən biri, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“APA”-nın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 22-nə təyin edilib.

Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb. İlk olaraq Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay saxlanılıb. Apreldə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib.
İqtisadçı Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib.

Onlara qarşı cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq maddələri üzrə ittiham irəli sürülüb.

İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.

Bundan başqa, sabiq GMF məsləhətçisi Mehriban Rəhimli və digərləri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhkəmə Azər Qasımlının şahid tələbi ilə bağlı vəsatətini baxılmamış saxlayıb

9 Oktyabr 2025

Foto: VOA

Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan politoloq Azər Qasımlının vəkilləri onun işində zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifovun keçmiş həyat yoldaşının məhkəmədə dindirilməsini istəyiblər. “Azadlıq Radiosu” xəbər verir ki, bu barədə vəsatəti vəkil Rövşanə Rəhimova oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda qaldırıb. Hazırda məhkəmədə A.Qasımlının dindirilməsi davam edir. Politoloq bildirib ki, Q.Yusifova kriptovalyuta birjasına yatırım üçün iki dəfəyə 20 min dollar verib, lakin qarşı tərəf etimadından sui-istifadə edib.  Vəkillər suallara etiraz edərək bildiriblər ki, istintaqın predmeti “hədə-qorxu ilə tələb etmə”dir və kommersiya xarakterli suallar vaxt itkisinə səbəb olur. Rövşanə Rəhimova deyib ki, Q.Yusifovun şikayətindən...
Məhkəmə

“QHT işi” üzrə Bəşir Süleymanlının məhkəməsi başlayır

9 Oktyabr 2025

Foto: Meydan TV

“QHT işi” üzrə təqsirləndirilənlərdən biri, “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. “APA”-nın məlumatına görə, oktyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə baş tutan prosesdə Bəşir Süleymanlının vəkilinin onun yanında əyləşməsi barədə vəsatət təmin edilib. Daha sonra anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxs Bəşir Süleymanlı cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Onun müdafiəçisi Elçin Sadıqov da vəsatətin təmin olunmasını istəyib. Dövlət ittihamçısı isə vəsatətlərin rədd edilməsini təklif edib. Müşavirədən sonra məhkəmə vəsatətləri təmin etməyib və işin məhkəmə baxışına verilməsinə qərar verib. 
Baxış iclası oktyabrın 23-nə təyin olunub. Bəşir Süleymanlı bu ilin...

Seçilmiş Videolar

Toplum TV loqo