Aynur Elgünəş Mirsaleh Seyidova: "Övladım bildiyim varlığa həsrət qoymağınız mübarizə metodu deyil"
Foto: Toplum TV
“Meydan TV”-nin həbsdə olan baş redaktoru Aynur Qəmbərova (Elgünəş) Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova açıq məktub yazıb.
O, məktubunda Maks adlı iti ilə təcridxanada görüşməsinə icazə verilməsini tələb edir və bununla bağlı artıq üçüncü dəfədir müraciət etdiyini deyir.
Jurnalist bildirir ki, əvvəlki müraciətinə qeyri-rəsmi şəkildə “yox” cavabı verilib, bu isə onu qane etmir.
“Qanunvericilikdə Maksla görüşməyimi qadağan edən heç bir müddəa yoxdur. Şəxsi həyat və heyvan haqları baxımından da bizim görüşməyimiz arzuolunandır. Lakin siz heç bir əsas gətirmədən bizim görüşümüzə icazə vermirsiz. Halbuki bu görüş şəxsi və ictimai baxımdan təhlükəli deyil, narahatlığa səbəb olmur. Siz bu qadağanızla mənim mənəvi əzab çəkməyimə, psixoloji sarsıntı keçirməyimə səbəb olursuz”, - Elgünəş yazıb.
“Mənim itimlə görüşmək istəməyim başqalarına gülməli görünə bilər, ancaq evində heyvan saxlayan hər bir mədəni insan üçün o, övlada bərabər bir varlıqdır. İndi nə edim ki, sabah məni “qəbir evinə çiynində aparsın” deyə insan övladına himayəlik etmək istəməmişəm! Mən həyatım boyu istifadəçi olmamışam və sabahım üçün yatırım etməmişəm. Ürəyim daha məsum varlığa – Maksa sahib olmaq istəyib”, - jurnalist əlavə edib.
Elgünəş ardınca qeyd edib ki, iti ilə görüşməsinə imkan verilməməsi “mübarizə metodu deyil, humanizmdən, insan və heyvan haqlarından uzaq addımdır”.
O, daha sonra bildirib ki, bu onun məsələ ilə bağlı son müraciətidir və bundan sonra ona “dəyən mənəvi ziyanla bağlı haqlarının bərpası üçün” məhkəməyə müraciət edəcək.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.
Sonradan “Arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.
Müstəqil jurnalist Ülviyyə Əli də mayın 7-də bu iş üzrə saxlanılıb və barəsində qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.
O, həbsindən öncə yazdığı bəyanatda MeydanTV ilə heç bir işgüzar əlaqəsi olmadığını, olsaydı belə, bunu cinayət hesab etmədiyini yazıb.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: sosial media
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir