sosial media
“Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.
Bu barədə vəkil Aqil Layıc məlumat yayıb.
Vəkil bildiirib ki, bununla bağlı aprelin 18-də Xətai rayon Məhkəməsində təqdimata baxılıb.
Onun sözlərinə görə, Hacı Vəliyev həbsdə müalicəsini davam etdirə bilməməsindən, ağrı kəsicilərlə təmin edilməməsindən şikayətlənib.
“Xahiş edirəm ki, bu müddət ərzində xüsusi reabilitasiyaya və həkim nəzarətinə ehtiyac duyan Hacı Vəliyevi Mərkəzi Müalicə Müəssisəsinə keçirəsiniz”, - vəkil Aqil Layıc yazıb.
Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, aprelin 1-də isə onun barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur.
Vəliyev şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarının prolemlərini işıqlandırması və aidiyyəti üzrə məmurları tənqid etməsi ilə tanınır.
O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.
Vəliyev bildirmişdi ki, Yasamal Rayon Polis İdarəsinin rəis müavini polkovnik Anar Məmmədovun göstərişi ilə qazilərin Abbas Mirzə Şərifzadə 156 ünvanında yerləşən satış yerləri dağıdılıb, özləri isə polis bölməsinə aparılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Jurnalist Şəmşad Ağa hakimə: “Get övladlarının gözlərinə bax və nə qədər ədalətsiz qərar verdiyini düşün”
Toplum TV
Orduxan Teymurxan/şəxsi arxiv