sosial media
III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli 36 yaşını həbsxanada qeyd edir.
Ruslan İzzətli “Toplum TV işi” üzrə həbs edilənlərdən biridir.
O, 2024-cü ilin martın 8-də saxlanılıb.
Ruslan İzzətli kimdir?
Ruslan İzzətli 1989-cu il aprelin 18-də anadan olub.
1996–2007-ci illərdə Bərdə rayonunun Mehdixanlı kənd tam orta məktəbində təhsil alıb. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "İncəsənət tarixi" üzrə ali təhsil alıb. Bahçeşehir Universitetində "Qlobal siyasət və beynəlxalq münasibətlər" üzrə magistr dərəcəsi alıb.
2009-2012-ci illərdə Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri olub.
2011-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbində təhsil alıb.
2012–2013-cü illərdə Ümid Partiyası İdarə Heyətinin üzvü və sədrin müavini olub. 2013-cü il Prezident seçimlərindən sonra partiya sıralarından istefa verib.
2013-cü il martın 18-dən "D18" Hərəkatının ilk sədri olmuşdur.
2015 və 2020-ci illərdə baş tutan Parlament seçimlərində 33 saylı Xətai Birinci dairəsindən namizəd olub.
7 dekabr 2023-cü il tarixində təsis olunduğu elan olunan "Üçüncü Respublika Platforması"nın qurucu heyət üzvüdür.
Ruslan İzzətli 2020-ci il sentyabrın 27-də başlanan müharibədə iştirak etmiş və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Ailəlidir.
Bir övladı var.
“Toplum Tv və İDİ işi”
2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması“nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.
İyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib, redaksiyanın və əməkdaşların bütün avadanlıqları müsadirə olunub.
Hazırda “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.
Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.
"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
İş üzrə məhkəmənin ilk hazırlıq iclası aprelin əvvəlində baş tutub, proses aprelin 24-ə təxirə salınıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Nemət Abbasov/şəxsi arxiv
Toplum TV