Məhkəmə

Jurnalist Şəmşad Ağa hakimə: “Get övladlarının gözlərinə bax və nə qədər ədalətsiz qərar verdiyini düşün”

18 Aprel, 2025
361

Toplum TV

“Mənim məhkəməm bir az uzun çəkdi. Hakim, prokuror və müstəntiq gətirdiyim arqumentlərə əsaslı cavab verə bilmirdilər. Arada hakimi cırnatmaq üçün dedim: “Bilirsiniz niyə zəifsiniz? Çünki mən “Arqument”in rəhbəriyəm!”.

Həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın ictimaiyyətə ünvanladığı məktubun üçüncü - sonuncu hissəsi yayımlanıb. 

Məktubun əvvəlki hissələrini buradan oxuyun.

Məktubun sonuncu hissəsini jurnalist Elməddin Şəmilzadə “Facebook” səhifəsində paylaşıb. 

Ağa məktubun bu hissəsində dindirilmə və məhkəmə proseslərini təsvir edib, həmçinin həbsi ilə bağlı düşüncələrini bölüşüb. 

Jurnalist məktubun əvvəlki hissəsində gecə saatlarında mülki geyimli şəxslər tərəfindən oğurlanmasını və evində axtarış aparılmasını təsvir etmişdi. O, daha sonra dindirilmə üçün polis idarəsinə aparılmışdı.

Bu hissədə isə o bildirir ki, yalnız vəkil Şəhla Hümbətova gəldikdən sonra ifadə verib və ona aid olmayan suallara cavab verməkdən imtina edib. 

“Həm özümün, həm də “Meydan”çıların, “Toplum”çuların və “Abzas”çıların həbsinin siyasi sifariş və azad sözün qətli olduğunu ifadəmdə qeyd etdim”, - Şəmşad Ağa yazıb. 

O əlavə edib ki, peşə fəaliyyətinə görə həbsə düşməyindən peşman deyil. 

“Peşman idimmi? Qəti! Özüm seçdiyim bir taleyin sınağı ilə üz-üzə idim.

Müstəntiq çox güman evində idi. Uşaqlarının saçını sığallayıb onların gələcəyi ilə bağlı xəyallar qururdu. Mənimsə haqqımda qızım düşünürdü, zalımın zülmünə məruz qalan atasının harada olduğunu əmisindən sorğulayırmış. Amma mənim qızım bu olanları daha qürurla xatırlayacaq, çünki onun atası günahsız birini şərləyib və ya onun haqqında verilmiş şər qərarı icra edib evinə getməmişdi.”

Ağa yazır ki, saxlandığı müvəqqəti cəzaçəkmə məntəqəsində polislərdən biri ona siyasi məhbus olduğunu deyib, o da cavabında gülüb və bunun “ilk rəsmi etiraf” olduğunu bildirib. 

Jurnalist məhkəməyə onunla eyni gündə saxlanılan digər jurnalist Şahnaz Bəylərqızı ilə eyni avtomobildə aparıldığını qeyd edib. 

“Söhbətləşdik, körpələrinə görə narahat idi. Ona görə də yolda xeyli zarafatlaşıb əhvalını açmağa çalışdım. İnsafən, bizi aparan polis qadınlar da mane olmadılar söhbətimizə. Sonra məhkəməyə çıxarıldıq. Binaya girəndə çöldəki dostların dəstəyi də qürurverici idi. Şahnazın məhkəməsi tez bitdi. Məndə isə bir az uzun çəkdi. Hakim, prokuror və müstəntiq gətirdiyim arqumentlərə əsaslı cavab verə bilmirdilər. Arada hakimi cırnatmaq üçün dedim: “Bilirsiniz niyə zəifsiniz? Çünki mən “Arqument”in rəhbəriyəm”.

Şəmşad Ağa ardınca yazır ki, məhkəmə prosesində hakim onun sözünü tez-tez kəsib və onu “cinayətkar” adlandırıb. O isə hakimə deyib ki, “mən sənin yox, İlham Əliyevin məhbusuyam”. 

“Cənab hakim, “vicdanınızın səsinə qulaq asın” demirəm, olsa ananı baladan ayırmazdınız. Get övladlarının gözlərinə bax və nə qədər ədalətsiz qərar verdiyini düşün…”, - dedim, əsəbləşmişdi.”

Jurnalist Şəmşad Ağa bu ilin fevralın 5-də “Meydan TV işi” ilə bağlı saxlanılıb.

Ona qarşı  qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.  

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb. 

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun Meydan TV-yə aidiyyəti yoxdur.

Fevralın 20-də isə jurnalist Nurlan Libre də bu işlə əlaqəli saxlanılıb və barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb və barəsində 1 ay 9 gün müddətinə həbs qərarı verilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Azər Qasımlının məhkəməsində zərərçəkən kimi tanınan şəxs ifadə verib

30 İyul 2025

Foto: sosial media

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. APA xəbər verir ki, iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən kimi tanınan Qurbanəli Yusifov ifadə verib. Kriptovalyuta biznesi ilə məşğul olduğunu deyən Yusifov vaxtilə A.Qasımlının istəyilə onun adına hesab açdığını və politoloqun verdiyi 20 min ABŞ dolları pulla həmin dəyərdə “bitcoin”lər aldığını bildirib. Onun sözlərinə görə, sonradan “bitcoin”lər dəyər itirib.  Yusifov iddia edib ki, A.Qasımlı qarşılığında ondan “bitcoin”lər və ya 45 min ABŞ dolları tələb edib: “Mən bundan sonra qorxaraq ölkədən qaçdım. Bununla kifayətlənməyib məni ailəmlə,...
Məhkəmə

Fazil Qasımov Penitensiar Xidmət əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını deyir

30 İyul 2025

Foto: sosial media

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan iqtisadçı Fazil Qasımovun şikayəti üzrə növbəti baxış iclası keçirilib.  Bu barədə onun ailə üzvləri Toplum TV-yə bildirib.  F.Qasımov məhkəmədə bildirib ki, 42 gündür vəkili Nemət Kərimli ilə əlaqə saxlaya bilmir. Buna görə də o, vəkili ilə konfidensial  ünsiyyət üçün vaxt istəyib. Hakim onlara 5 dəqiqə vaxt verib.  Ailə üzvləri bildirir ki, fasilə zamanı F.Qasımov sənədlərini vəkilinə vermək istəyəndə konvoy sənədləri əlindən alaraq otaqdan çıxıb, daha sonra qayıdaraq sənədləri hakimə verib.  F.Qasımov bunun qanunsuz olduğunu deyib və sənədlərin vəkilinə verilməsini istəyib. Yalnız bundan sonra sənədlər vəkilə verilib. Daha sonra vəkil N.Kərimli də F.Qasımova sənədlər...

Seçilmiş Videolar

Toplum TV loqo