Dünya

ABŞ Rusiya-Ukrayna danışıqlarını tərk edə bilər

18 Aprel, 2025
351

Reuters

ABŞ Dövlət katibi Marko Rubio Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün aparılan danışıqları tərk edə biləcəklərini deyib. 

O, bunu aprelin 18-də Parisdə avropalı və ukraynalı diplomatlarla görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib. 

“Əgər Ukraynadakı müharibəni dayandırmaq mümkün deyilsə, biz danışıqlardan çıxmalıyıq. Biz təcili surətdə, bir neçə gün içində qərar verməliyik ki, müharibəni dayandırmaq mümkündür ya yox”, - Rubio qeyd edib. 

Dövlət katibi fikrini belə əsaslandırıb ki, əvvəlki ABŞ administrasiyasının Ukraynaya verdiyi hərbi dəstəyə baxmayaraq, bu müharibənin ABŞ-a aidiyyatı yoxdur. 

“Əgər müharibəni dayandırmaq mümkün deyilsə, əgər mövqelərimiz o dərəcədə fərqlidirsə, onda düşünürəm ki, Prezident Donald Tramp artıq bu məsələni bitmiş hesab edəcəyini deyəcək”, - Rubio əlavə edib. 

Rubionun açıqlamasından bir gün əvvəl isə Ukraynanın İqtisadiyyat naziri Yulia Sviridenko ABŞ-la “İqtisadi Tərəfdaşlıq Sazişinə və Ukraynanın Yenidənqurulması üçün İnvestisiya Fondunun yaradılmasına yol açan Niyyət Memorandumu”na imza atdıqlarını xəbər vermişdi. 

Donald Tramp hələ seçki kampaniyası dövründə bildirirdi ki, Rusiya və Ukrayna arasındakı müharibəni “bir günün içində” həll edə bilər. 

Onun başçılıq etdiyi hökumət isə hələ ki, atəşkəsə nail ola bilməyib. Ukrayna tərəfi martın 11-də ABŞ-ın təklif etdiyi 30 günlük müvəqqəti atəşkəsə razı olsa da, Rusiyanın bunu rədd etməsi üzündən atəşkəs qüvvəyə minməyib. 

Aprelin 17-də Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya Ukrayna ilə atəşkəsin hazırkı mərhələdə “reallıqdan uzaq” olduğunu deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Müharibə qurbanlarını yad edən ukraynalı idmançı olimpiadadan kənarlaşdırılıb

13 Fevral 2026

Foto: AFP

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında Ukraynanı təmsil edən idmançı müharibə qurbanlarını yad edən dəbilqə taxdığına görə olimpiadadan kənarlaşdırılıb.  Skeleton yarışçısı Vladislav Heraskeviçin yarışdan kənarlaşdırılması qərarı fevralın 12-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən verilib.  BOK üzərində Rusiyanın işğalçı müharibəsi nəticəsində həyatını itirmiş ukraynalı idmançıların rəsmlərinin əks olunduğu dəbilqəni taxmağı daha öncə qadağan etsə də, Heraskeviç məşqlərə bu dəbilqə ilə çıxmağa davam edirdi.  BOK prezidenti Kirsti Koventri fevralın 12-i səhər saatlarında ukraynalını fikrindən daşındırmaq üçün şəxsən yarışın keçirildiyi yerə gəlib. Lakin Heraskeviç güzəştə getməyib.  İdmançı qərarın açıqlanmasından sonra sosial media hesabında bunu "şərəfli olmağın bədəli" adlandırıb.  "Mən bu yarışda medalçılar arasında ola...
Dünya

Sözçü: "Vens Əliyevlə məhbusların azad edilməsindən danışıb" 

11 Fevral 2026

Foto: EPA

Azərbaycanda rəsmi səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Vensin prezident İlham Əliyevlə görüşdə "məhbusların azad edilməsi" məsələsindən danışdığı bildirilir.  "Azadlıq Radiosu"nun xəbərinə görə, bu barədə Vensin sözçüsü məlumat verib.  "Onlar, əsasən, ticarət və rifah, texnologiya və diplomatik əlaqələrin genişləndirilməsini müzakirə ediblər. "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə müqavilələr və güzəştlərdən, məhbusların azad edilməsi kimi etimadyaratma tədbirlərindən, ABŞ investisiyaları və regional iqtisadi inteqrasiya daxil olmaqla, növbəti addımlardan da danışıblar", - sözçü deyib.  Açıqlamada Azərbaycanda həbsdə olan və yenicə hökm oxunmuş ermənilər, yoxsa "siyasi məhbus" kimi tanınan jurnalist və vətəndaş cəmiyyəti üzvlərindən söhbət getdiyi aydın deyil.  Vens fevralın 10-da...

Seçilmiş Videolar

Toplum TV loqo