Siyasət

AŞPA prezidenti: “Biz nə İlham Əliyevdən, nə də özünü diktator kimi aparanlardan qorxuruq”

14 Aprel, 2025
1651

VOA

"Heç kim Avropa Şurasını şantaj edə bilməz”

"İlham Əliyevin Avropa Şurası ilə bağlı bəyanatları Azərbaycan nümayəndə heyətinin Assambleyadakı səlahiyyətlərindən məhrum edilməsinin ədalətli olduğunu təsdiqləyir”.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulos “Alpha News”-a müsahibəsində belə deyib.

"İki gün əvvəl Əliyev mükəmməl ingilisсəsi ilə bəyanat verdi. Qeyd etməliyəm ki, eşitdiyimə görə, bu, yerli auditoriyaya ünvanlanıb. Bilmirəm, ingilis dili Azərbaycanda rəsmi dildirmi, inanmıram. Bu, daha çox yerli auditoriya üçün deyil, başqaları, xüsusən də Avropa Şurası üçün nəzərdə tutulmuşdu. O, hörmətdən kənar tərzdə Avropa Şurasını vecinə almadığını, onun bizə ehtiyacından çox bizim ona ehtiyacımızın olduğunu, dünyanın dəyişdiyini deyib. O bildirib ki, Avropa Şurası Dağlıq Qarabağa və ölkəsinin qazandığı müharibəyə görə Azərbaycan nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək qərarına gəlib”.

Russopulos bu çıxışla razılaşmayaraq onu “tamalilə yalan” adlandırıb:

“Biz Azərbaycan hakimiyyətindən əvvəlcə məruzəçilərimizin Laçın dəhlizinə, Dağlıq Qarabağa getməsinə icazə verməsini xahiş etmişik. Sonra biz Azərbaycan hakimiyyətindən müşahidəçilərimizə ölkədə keçirilən seçkiləri izləməyə icazə vermələrini xahiş etdik. Biz məruzəçilərə Əliyevin həbsdə olan siyasi opponentlərinə baş çəkmələrinə icazə verilməsini də xahiş etmişik. Bildiyiniz kimi, Əliyevin siyasi rəqiblərini həbs etmək vərdişi var. Onlar heç vaxt zənglərimizə cavab vermədilər, bizi həmişə rədd etdilər”.

AŞPA prezidenti deyib ki, Azərbaycan tərəfi iki ildir qanunun aliliyinə, insan hüquqlarına hörmət etməkdən imtina edir və Avropa Şurasının tələblərinə hörmət etmir.

Buna görə də “Assambleya haqlı olaraq Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək” qərarına gəlib.

Teodoros Russopulos İlham Əliyevin Avropa Şurasına əhəmiyyət verməməsini deməsini onun şəxsi fikri adlandırıb:

“Mən bu barədə şərh vermək fikrində deyiləm. Əvvəllər etdiyim kimi bu məsələni səfirlər və baş nazir qarşısında qaldıracağam. Mən Azərbaycanın nümayəndə heyətinin geri qaytarılması üçün çox səy göstərmişəm, qanunun aliliyinin, demokratik prosedurların qorunmasından, insan hüquqlarının qorunmasından danışmışam. Onlar isə buna əməl etmədilər”.

Qurum rəhbərinin sözlərinə görə, nümayəndə heyəti əvvəlcə tədbir görəcəklərini desələr də, etməyiblər.

“Bir məhbusu azad etdilər, sonra digərlərini həbs etdilər. Bundan sonra assambleya üzərinə düşəni etdi və ədalətli olaraq nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etmədi. Əliyevin bugünkü açıqlamaları da bunu təsdiqləyir. Biz peşman deyilik və düzgün hərəkət etdiyimizə inanırıq", o qeyd edib.

Russopulos İlham Əliyevin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasından imtina etmək ultimatumuna da toxunub:

"Heç kim Avropa Şurasını şantaj edə bilməz. Avropa Şurası belə bəyanatlardan qorxmur. Çünki Avropa Şurası öz Assambleyasında qanunun aliliyinə, insan haqlarına və demokratik prosedurlara uyğun qərarlar qəbul edib və qəbul etməkdə davam edir”.

O, yanvar sessiyasından sonra nazirlərə müraciət edərək bəzi ölkələrin İnsan Hüquqları Məhkəməsindən çıxacaqlarını dediyini xatırladıb.

“Üç ay keçməmiş Əliyev mənim bu qorxumu təsdiqlədi. Qorxu sözünü mötərizədə yazın, çünki biz heç nədən qorxmuruq, nə Əliyevdən, nə də özünü diktator kimi aparanlardan. Assambleyanın mövqeyi çox aydındır: biz qərara gəldik ki, üzv dövlətlərimizdən heç biri “mən qaydalara hörmət etmirəm, mən həmin qurumdan, institusional qurumdan və ya digər institusional qurumdan istefa verəcəyəm” deyə bilməz”, o deyib.

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” adlı forumda çıxış edərkən bildirib ki, Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları tanımayacaq. 

O, bunu Azərbaycanın nümayəndə heyətinin ötən il Avropa Şurası Parlamentlər Assambleyasından (AŞPA) kənarlaşdırılması haqda suala cavab verərkən səsləndirib. 

Əliyev deyib ki, əgər nümayəndə heyəti Assambleyanın iclaslarında iştirak etmirsə və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq. 

AŞPA sədrinin bu dediklərinə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi qurumun 76 üzvünün, eləcə də Teodoros Rusopulosun adını qara siyahıya salıb.

“Ölkəmizin rəhbərini “diktator” adlandırmaq heç bir çərçivəyə sığmır, siyasi mədəniyyətsizlik və nadanlıqdır. Rusopulos Azərbaycana soxularsa, rədd ediləcəkdir”, XİN bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo