Dünya

Zelenski: Çin Rusiyaya silah verir

18 Aprel, 2025
179

Yurii Stefanyak

Ukrayna prezidenti Volodimir Zelenski Çini Rusiyaya silah verməkdə ittiham edib. 

“İnterfaks-Ukrayna” xəbər agentliyi bildirir ki, Zelenski bunu brifinqdə deyib.

“Biz nəhayət məlumat əldə etdik ki, Çin Rusiyaya silah tədarük edir. Hazırda Təhlükəsizlik Xidməti və kəşfiyyat orqanlarından barıt, artilleriya ilə bağlı ümumi məlumatlarımız var”, deyə o bildirib.

Zelenski əlavə edib ki, Çin nümayəndələri silahın bir hissəsinin istehsalını Rusiya ərazisində həyata keçirirlər.

Ukrayna prezident xatırladıb ki, Çin prezidenti Si Tsinpinlə söhbəti zamanı o, Rusiyaya silah satmayacağına və tədarük etməyəcəyinə söz verib: 

"Amma təəssüf ki, biz indi fərqli məlumatlar görürük. Artıq Çin və Rusiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş bu işləri təsdiqləyən faktlar var”.

“Reuters”-in və “Open Source Centre”-in  jurnalistləri daha əvvəl müəyyən ediblər ki, hazırda Rusiya ordusu tam şəkildə Şimali Koreyadan gələn mərmilərdən asılıdır. 

Onların məlumatına görə, 2023-cü ilin sentyabr ayından (Rusiya müdafiə naziri Sergey Şoyqunun Pxenyana səfərindən sonra) Şimali Koreyadan Rusiyaya 4-6 milyon artileriya mərmisi göndərilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Arxasında Rusiyanın olduğu deyilən partlayışlara görə 15 nəfərə iş açılıb 

18 Sentyabr 2025

Foto: Getty Images

Litvada arxasında Rusiyanın olduğu bildirilən partlayışlara görə 15 nəfərə cinayət işi açılıb.  Litva prokurorları Almaniya, Polşa və Böyük Britaniyada bağlamaların partladılması ilə əlaqədar həmin şəxslərə qarşı terrorçuluq ittihamı irəli sürülüb. Təqsirləndirilən şəxslərin "DHL" və "DPD" çatdırılma şirkətlərindən istifadə etməklə dörd partlayıcı maddəni kosmetik qablarda gizlədərək Vilnüsdən sözügedən ölkələrə göndərdikləri iddia olunur. Üç bağlamanın partlaması nəticəsində ötən ilin iyul ayında Almaniya, Polşa və Böyük Britaniyada yanğınlar baş verib. Dördüncü bağlama isə texniki nasazlıq səbəbindən alışmayıb. Litvalı istintaqçılar bildirirlər ki, bu plan Rusiya hərbi kəşfiyyat xidmətləri ilə əlaqəsi olan şəxslər tərəfindən koordinasiya olunub.  Rusiya hələlik iddia cavab verməyib, lakin dəfələrlə onun məxfi...
Dünya

Həyat yoldaşı Navalnının zəhərlə öldürüldüyünü deyir

17 Sentyabr 2025

Foto: AFP

Ötən ilin fevralında Rusiyada həbsxanada ölən müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya siyasətçinin zəhərlənərək öldürüldüyünü iddia edib.  O bildirib ki, Navalnının tərəfdarları hələ 2024-cü ilin fevralında həyat yoldaşının nəşinin bioloji nümunələrini əldə edib ölkə xaricinə çıxarmağa nail olublar. “Ən azı iki ölkənin laboratoriyaları bu nümunələri müstəqil şəkildə yoxlayıb və bu nəticəyə gəlib ki, Aleksey zəhərlə qətlə yetirilib”, – o qeyd edib.  Navalnaya nümunələrin hansı ölkələrdə yoxlandığını açıqlamayıb.  “Mən bəyan edirəm ki, [Rusiya prezidenti] Vladimir Putin mənim ərim, Aleksey Navalnının qətlində günahkardır. Mən Rusiya kəşfiyyat orqanlarını qadağan edilmiş kimyəvi və bioloji silahlar hazırlamaqda ittiham edirəm. Tədqiqat aparan laboratoriyalardan onların...

Seçilmiş Videolar

Toplum TV loqo