Məhkəmə

Həbsdəki jurnalistlərin fotosunu seçki qutusuna atdığı deyilən ictimai fəal 30 sutka həbs edilib

31 Yanvar, 2025
14

Cəlal Cavadov/şəxsi arxiv

“Meydan TV” əməkdaşlarının fotosunu seçki qutusuna atdığı deyilən ictimai fəal Cəlal Cavadovun haqqında Nəsimi Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) ilə 30 sutka həbs qərarı çıxarıb.

Bu haqda məlumatı onun yaxınları sosial mediada paylaşıblar.

Dostları yanvarın 30-u saat 16.00-dan onunla əlaqənin kəsildiyini deyirdilər.

Vəkili Zibeydə Sadıqova yanvarın 31-də onun saxlanılması haqda Daxili İşlər Nazirliyindən məlumat ala bilmədiyini bildirmişdi. Anası isə oğlunun axtarışında kömək məqsədilə ombudsmana müraciət etmişdi.

Hələlik Daxili İşlər Nazirliyi hadisəyə münasibət bildirməyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Prokuror Hüseyn Abdullayevə 10 il cəza istəyib

30 Yanvar 2025

Toplum TV

Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə növbəti məhkəməsi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə video formatda keçirilən məhkəmə prosesində hakim məhkəmə istintaqının yeniləndiyini elan edib. O bildirib ki, H.Abdullayev Prezidentə işinə ədalətli baxılması üçün müraciət ünvanlayıb.  Müraciətin bir nüsxəsinin məhkəməyə daxil olduğunu bildirən hakim onu elan edib.  "Əminəm ki, mənim bu neçə ili dörd divar arasında keçirməyim, özümün və ailəmin yaşadığı əzablardan xəbəriniz var. Təəssüflər olsun ki, mənim barəmdə sizə doğru olmayan, yanlış məlumatlar verilməsi nəticəsində mən və ailəm bu zülmü yaşadıq. Bildirmək istəyirəm ki, yaşadığım mühacir həyatı belə həyatımın ən ağrılı-acılı illəri olub....
Məhkəmə

“Fərid Mehralızadə oğurlandıqdan sonra hara aparılıb bilinmir” - həyat yoldaşı

28 Yanvar 2025

Açıq mənbədən götürülüb

Səbail Rayon Məhkəməsi "Azadlıq" Radiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadənin saxlanılarkən pis rəftara məruz qalması ilə bağlı şikayəti təmin etməyib. F.Mehralızadənin həyat yoldaşı Nərgiz Muxtarova şikayətin düzgün araşdırılmadığını bildirir. O, jurnalistin saxlanılarkən fiziki zorakılığa məruz qaldığını, küçədə başına torba keçirilərək oğurlandığını, qollarının qandallandığını, eyni zamanda, zorla avtomobilininin açarlarının və telefonunun alındığını deyir.  “Yolda onu döyüblər”, həyat yoldaşı  söyləyir. N. Muxtarova iki dəfə prokurorluğa şikayətlə müraciət edilsə də, işgəncə faktının tanınmadığını vurğulayır. “Onun oğurlandığı küçənin kamera görüntüləri, anten məlumatları alınmayıb. Oğurlandıqdan sonra hara aparılıb bilinmir. Maşını da oğurlanaraq hara aparılıb bilinmir. Biz əmlakla bağlı qərardan şikayət verəndə öyrəndik ki, maşınla bağlı...

Seçilmiş Videolar

Toplum TV loqo