Siyasət

Fəaliyyətinə xitam verilmiş diplomat polis tərəfindən saxlanılıb

31 Yanvar, 2025
23

sosial media

Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynli polis tərəfindən saxlanılıb (“Report”).

O, xırda xuliqanlıqda, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməməkdə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda şübhəli bilinib.

Vəkili Könül Cəfərli bildirib ki, R. Şahhüseynli Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Sumqayıt Şəhər Məhkəməsində onun haqqında xırda xuliqanlıqla bağlı bəraət verildiyi, digər iki əmələ görə isə 500 manat cərimələndiyi və məhkəmə zalından azadlığa buraxıldığı deyilir.

Yunanıstan səfirliyinin birinci katibi olmuş Rəhman Şahhüseynli bir neçə gün öncə səfir və müşavirinin birləşərək onu döydüklərini demişdi. Daha sonra Xarici İşlər Nazirliyi bildirmişdi ki, o, 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün diplomatik fəaliyyətinə xitam verilib.

Rəhman Şahhüseynli mətbuata açıqlamasında keçmiş həyat yoldaşı ilə övladına görə problem yaşadığını və qarşı tərəfin şikayətləri əsasında məhkəməlik olduğunu bildirib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tbilisi məhkəməsi Əfqan Sadıqovun həbs müddətini uzadıb

31 Yanvar 2025

Əfqan Saqıqov/şəxsi arxiv

Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb. Onun Azərbaycana ekstradisiyası haqqında qərar mayda veriləcək.  Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb. İclasda dövlət ittihamçısı Əfqan Sadıqovun ölkədən qaçma riskinin artdığını deyib, buna görə də onun barəsində seçilmiş həbs müddətinin uzadılmasını istəyib. Vəkil Əfqan Sadıqovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin 10 min lari girovla əvəz olunmasını xahiş edib, lakin onun vəsatəti qəbul edilməyib. Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi onun Azərbaycana ekstradisiya olunması ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib. Bununla da jurnalistin Azərbaycana ekstradisiya olunması haqda məhkəmə qərarı...
Siyasət

Vəkil Famil Xəlilovun işində iştirak edən hal şahidlərinin başqa işlərdə də adlarının keçdiyini bildirib

31 Yanvar 2025

sosial media

Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, serebral iflic olan ictimai fəal Famil Xəlilovun məhkəməsi davam edir. Sonuncu məhkəmə iclasında hal şahidi gəlmədiyi üçün hakim məhkəmə iclasını təxirə salmaq istəyib. Ancaq təqsirləndirilən şəxsin müdafiəçisi Fariz Namazlı vəsatətləri olduğunu bildirib. Vəkil deyib ki, Famil Xəlilov barəsində keçirilmiş şəxsi axtarış hal şahidlərinin iştirakı ilə olub. Həmin şəxslərin başqa işlərdə də hal şahidi kimi iştiraklarının müəyyən edilməsi üçün bəzi məlumatların əldə edilməsi zəruridir. O, Süleymanbəy Qasımovun və Pünhan Həsənlinin hal şahidi kimi iştirak etdikləri məhkəmə işləri barədə məlumatların “Elektron məhkəmə” informasiya sistemindən götürülərək hazırkı cinayət işinin materiallarına əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin...

Seçilmiş Videolar

Toplum TV loqo