Vəkil Famil Xəlilovun işində iştirak edən hal şahidlərinin başqa işlərdə də adlarının keçdiyini bildirib
sosial media
Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, serebral iflic olan ictimai fəal Famil Xəlilovun məhkəməsi davam edir. Sonuncu məhkəmə iclasında hal şahidi gəlmədiyi üçün hakim məhkəmə iclasını təxirə salmaq istəyib. Ancaq təqsirləndirilən şəxsin müdafiəçisi Fariz Namazlı vəsatətləri olduğunu bildirib.
Vəkil deyib ki, Famil Xəlilov barəsində keçirilmiş şəxsi axtarış hal şahidlərinin iştirakı ilə olub. Həmin şəxslərin başqa işlərdə də hal şahidi kimi iştiraklarının müəyyən edilməsi üçün bəzi məlumatların əldə edilməsi zəruridir. O, Süleymanbəy Qasımovun və Pünhan Həsənlinin hal şahidi kimi iştirak etdikləri məhkəmə işləri barədə məlumatların “Elektron məhkəmə” informasiya sistemindən götürülərək hazırkı cinayət işinin materiallarına əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.
İkinci vəsatət kamera görüntülərinin əldə edilməsi ilə bağlı olub. İstintaq sənədlərinə görə, Famil Xəlilov ötən il mayın 2-də saat 15.00-da Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində saxlanılıb. Ancaq Xəlilov daha öncə məhkəmədə bildirib ki, polis əməkdaşları evdə axtarış apardıqdan sonra onu 40-cı polis bölməsinə aparıblar. Vəkilin sözlərinə görə, Allahverdiyev küçəsində müşahidə kamerası var və həmin kamera görüntülərini əldə etməklə qeyd edilən tarixdə Xəlilovun həqiqətən həmin ərazidə saxlanılıb-saxlanılmadığını müəyyən etmək mümkündür. Fariz Namazlı müşahidə kamerasından görüntülərin əldə edilməsi üçün Daxili İşlər Nazirliyinə sorğu göndərilməsini istəyib. Bu vəsatət təmin olunmayıb.
Üçüncü vəsatət istintaq vaxtı Famil Xəlilovun pis rəftara məruz qalması ilə bağlı Binəqədi rayon Prokurorluğuna göndərdiyi müraciət haqqında olub.
“İbtidai istintaq zamanı vəkilinin iştirakı ilə prokurorluğun müstəntiqi ondan izahat alıb, ancaq indiyədək həmin şikayətlə bağlı hər hansı qərar təqdim edilməyib. Araşdırmanın nəticəsi barədə məlumatın, hər hansı qərar qəbul edilibsə, qərarın surətinin Binəqədi rayon Prokurorluğundan alınması təmin olunsun”, - vəkil vəsatətini belə əsaslandırıb. Hakim vəsatəti təmin edib.
Famil Xəlilov birinci qrup əlildir, əlləri anadagəlmə işləmir. Yazı yazmaq imkanı yoxdur. Vəkilin sözlərinə görə, onun adından müvafiq sənədləşmələr həyat yoldaşı Kiçikxanım Xəlilova tərəfindən həyata keçirilir. 15 dekabr 2023-cü ildə Famil Xəlilov həyat yoldaşına notarial qaydada təsdiqlənən etibarnamə verib. İstintaq sənədlərinə görə, Famil Xəlilov həbs edildikdən sonra istintaq materiallarına imza atmaqdan imtina edib. Vəkili bidlirir ki, halbuki onun bu sənədlərə imza atmaq səlahiyyəti və imkanı yoxdur, onun əvəzindən sənədləşmə işlərində həyat yoldaşı iştirak etməliydi. Odur ki, Fariz Namazlı həmin etibarnamənin iş materiallarına əlavə edilməsini istəyib. Bu vəsatət də təmin olunub.
Növbəti vəsatət Xəlilovun həyat yoldaşının və yaxınlarının əlavə şahid qismində dindirilməsi haqda olub. Vəkilin sözlərinə görə, onlar fəalın evdə saxlanıldığını təsdiqləyə biləcəklər. Məhkəmə bu vəsatətə baxmağı təxirə salıb.
Müdafiə tərəfi Xəlilova cinayət işi açan Binəqədi rayon Polis İdarəsinin müstəntiqinin də dindirilməsini xahiş edib. Məhkəmə müstəntiqin çağırılmasından imtina edib.
Bundan əlavə, müdafiə tərəfi Xəlilovda narkotik maddələrin olması ilə bağlı informasiya verən mənbənin polis tərəfindən açıqlanması barədə vəsatət qaldırıb.
Vəsatətlərə baxılandan sonra hakim növbəti məhkəmə iclasını fevralın 6-na təyin edilib. Həmin gün hal şahidləri dindiriləcək.
Famil Xəlilov mayın 2-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (satış məqsədilə külli miqdarda narkotik maddələrin istehsalı, daşınması, saxlanması) üzrə ittiham ilə saxlanılıb. Fəalın barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu maddə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutur.
Onun yaxınları isə Xəlilovun saxlanılmasının əsl səbəbinin sosial şəbəkələrdə hakimiyyətin ünvanına yazdığı tənqidlər olduğunu bildirirlər.
İctimai fəal ötən il dekabrın 3-də ev dustaqlığına buraxılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
“Şübhəli və qərəzli mənbələrə” istinad edilib - Ombudsman Human Rights Watch-un icraçı direktoruna məktub yazdı
sosial media
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?