Ağcabədidə 5 nəfərin öldüyü partlayışla bağlı cinayət işi başlanıb - YENİLƏNİB
Açıq mənbədən götürülüb
Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Partlayış nəticəsində həyatını itirən beş nəfərdən üçünün yetkinlik yaşına çatmayan şəxslər olduğu açıqlanıb. Həlak olanlar bunlardır:
1. Quliyev Şamiq Əfqan oğlu (1959);
2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
4. Məmmədli Murad Vidadi oğlu (2018);
5. Quliyev Natiq Namiq oğlu (2018),
İki nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunur. Bunlat 50 yaşlı Ülviyyə Quliyeva (Məmmədova) və 10 yaşlı Aysun Quliyevadır.
****
Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Nəticədə 5 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir.
Bu haqda Baş Prokurorluq məlumat yayıb.
Bildirlir ki, həlak olan və yaralananlar bir ailənin üzvləri olub. Ölənlərdən üçü azyaşlıdır.
Hazırda hadisə yerində araşdırma aparıldığı deyilir.
Baş Prokurorluq hadisənin baş vermə səbəbi haqda açıqlama verməyib.
Amma “TNS.az” xəbər verir ki, hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib. K. Məmmədovun nəvəsinin qəsəbə ərazisində oynayarkən qumbara taparaq evə gətirdiyi, onu ilə üzvlərinə verən zaman açıldığı və partlayış baş verdiyi deyilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Tünzalə Ağayeva/sosial media
sosial media
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?