açıq mənbədən götürülüb
Dövlət sirri yaymaqda təqsirləndirilərək həbs ediən hərbi ekspert Ədalət Verdiyevin istintaq yekunlaşıb.
Bu barədə Ədalət Verdiyevin vəkili Bəhruz Bayramov məlumat verib (APA).
Vəkil, cinayət işinə Nəsimi rayon məhkəməsində baxılacağını bildirib.
Hərbi ekspert kimi tanınan Ədalət Verdiyev 2024-cü il noyabr 22-də saxlanılıb.
O, həmin dövrdə Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.
Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə Ədalət Verdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Gununsesi.info-nun yaydığı məlumata görə, hərbi ekspertə qarşı irəli sürülmüş 308-ci maddə (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittihama xitam verilir.
Ədalət Verdiyev daha çox hakimiyyətyönlü ekspert kimi tanınır. O, istər Qarabağ müharibəsi, istərsə də ölkənin müdafiə, hərbi sahədə gördüyü işlərlə bağlı hakimiyyəti birmənalı şəkildə dəstəkləyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
VOA
Fazil Qasımov/şəxsi arxiv
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
İmişlidə gücləndirilmiş rejim: “İnzibati binaların, parkların ətrafında polis qarovul çəkir, yaxın rayonlardan polis dəstəyi gəlib”