Sosial

7 körpənin öldüyü yanğına görə TƏBİB ittiham olundu

11 Fevral, 2025
15

sosial media

Respublika Perinatal Mərkəzində yeni doğulmuş 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar davam edir.

Bu hadisə ilə əlaqədar təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına 3 nəfər çıxarılıb – Mərkəzin keçmiş direktoru Mehriban Abbasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli (Meydan TV).

Onlar hadisədən sonra vəzifədən kənarlaşdırılaraq, cinayət məsuliyyətinə cəlb olunublar. 

Lakin barələrində həbs qətimkan tədbiri seçilməyib.

Mehriban Abbasquliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma – iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə, Hamlet Mustafayev və Elnur Əhmədliyə isə yalnız 225.3 maddəsilə ittiham irəli sürülüb.

Məhkəmədə Mehdiban Abbasquliyevaya ifadə vermək təklif olunsa da, o, indiki mərhələdə ifadə vermək istəmədiyini, bir müddət sonra ifadə verəcəyini bildirib. Bu səbəbdən hakim Leyla Əsgərova-Məmmədova onun istintaqa verdiyi ifadələri məhkəmədə elan edib.

M.Abbasquliyeva istintaqda dəfələrlə dindirilib. Həmin ifadələrin ikisi fevralın 10-da keçirilən məhkəmə iclasında elan edilib. O, ifadələrində Perinatal Mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı təlimatlar və görülən işlərdən, işçilər və onların davranışlarından, xəstə sayı, körpələrə nəzarət də daxil olmaqla, müxtəlif məsələlərdən danışıb.

M.Abbasquliyeva qarşı ittihamda göstərilib ki, o, direktor olduğu müddətdə Perinatal Mərkəzdə stasionar xəstə qəbulunu iki dəfəyə qədər artırıb. Nəticədə Mərkəzin iş yükü də həddi aşıb, tibbi müəssisənin normal iş fəaliyyəti pozulub, elektrik naqillərində də yüklənmə olub.

Mehriban Abbasquliyeva ifadəsində bildirib ki, Azərbaycandakı bütün perinatal mərkəzlərdə xəstələrin sayı oradakı çarpayılardan çoxdur. Onun sözlərinə görə, Azərbaycanda ümumilikdə 7 Perinatal Mərkəz fəaliyyət göstərir. Həm paytaxtda, həm də bölgələrdəki mərkəzlərdə xəstələrin sayı onlar üçün nəzərdə tutulan çarpayılardan xeyli çoxdur.

“Nəinki Bakıda, bölgələrdə də vəziyyət belədir – xəstələrin sayı çox, çarpayı sayı isə azdır”, – Mehriban Abbasquliyeva ifadəsində bildirib.

O, özündən əvvəl Mərkəzin direktoru işləmiş Məryəm Rzayevanı da ifadəsində ittiham edib.

Onun sözlərinə görə, Məryəm Rzayeva yanğın təhlükəsizliyi ilə bağlı heç bir tədbir görməyib:

“Guya Məryəm Rzayeva mən direktor təyin ediləndə mənə yanğın təhlükəsizliyi tədbirlərinin artırılmasına ehtiyac olduğunu deyib. Yalan danışır, belə bir şey olmayıb. O, çox söz deyə bilər. Hətta onu da deyə bilər ki, Fövqəladə Hallar nazirinə də məlumat vermişdi. O demək deyil ki, onun hər dediyinə inanmaq olar”.

Mehriban Abbasquliyeva Məryəm Rzayevanın da cinayət məsuliyyətinə cəlb olunmasını – onun haqqında cinayət işi başlanmasını istəyib.

Keçmiş direktor TƏBİB-i və işçiləri də ittiham edib. 

Onun sözlərinə görə, hadisə vaxtı Mərkəzin işçilərinin bəziləri həm səhlənkarlıq edib, həm də bacarıqsız davranıblar. Məsələn, yanğınsöndürən balonlardan istifadə etməyiblər, bəziləri baş verənlərə kənardan tamaşa edib, ümumiyyətlə, heç bir addım atmayıb:

“Hətta Baş prokuror Kamran Əliyev də hadisədən sonra jurnalistlərə müsahibədə dedi ki, növbətçi həkim yanğın başlayandan 7 dəqiqə sonra hadisə yerinə gəlib”.

TƏBİB-lə bağlı iradlarına gəlincə, Mehriban Abbasquliyeva bildirib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Perinatal Mərkəzdə yanğın təhlükəsizliyinin artırılması üçün təlimat göndərib. Lakin TƏBİB maliyyə çatışmazlığı səbəbindən tədbir görməyib.

Məhkəmə prosesi martın 3-də davam edəcək. Növbəti iclasda Mehriban Abbasquliyevanın digər 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Korrupsiya indeksinə görə Azərbaycan 180 ölkə arasında 154-cüdür 

11 Fevral 2025

açıq mənbədən götürülüb

"Transparency International" təşkilatı 2024-cü il üzrə Korrupsiyanı Qavranılma İndeksini (Corruption Perception Index-CPI) açıqlayıb. İndeksdə 100 bal dövlət sektorunda korrupsiyanın olmadığını, 0 bal isə onun çox yüksək olduğunu göstərir. Qlobal ortalama göstəricisi isə 43-dür.  Azərbaycan 100 baldan 22 bal toplayaraq 180 ölkə arasında 154-cü olub. Əvvəlki illə (2023) müqayisədə ölkənin sırası dəyişməsə də, balı 1 pillə azalıb. Gürcüstanın balı 53 olub və 180 ölkə arasında elə 53-cü sırada qərarlaşıb. 2023-cü illə nisbətən ötən il Gürcüstanın siyahıda yeri dəyişməyib. Ermənistan isə, hesabata görə, 100 baldan 47 bal toplayıb və 180 ölkə arasında 63-cı sırada yer alıb. Ermənistanın indeksində də əvvəlki illə müqayisədə...
Sosial

Eritreya sularında girov götürülmüş 18 dənizçinin yaxınları aksiya keçirib

7 Fevral 2025

APA

Eritreyada saxlanılan gəmilərin azərbaycanlı heyətinin yaxınları “Caspian Marine Services B.V.” şirkətinin qarşısında aksiya keçirib (APA). Onlar gəmi və heyətin buraxılmasına dair danışıqlar prosesi barədə məlumat almaq istədiklərini bildiriblər. “Biz şirkətdən məlumat almaq istəyirik. Artıq 3 ay keçib. Bunun sonu necə olacaq? Gəmidə olarkən bizimlə həftədə bir dəfə əlaqə saxlayırdılar. İndi isə heç bir xəbər yoxdur”, həbs edilən Saleh Poladovun atası Vələd Poladov deyib. Mahmud Rüstəmovun atası Əmrah Rüstəmov deyib ki, hadisə ilə bağlı bir neçə dəfə şirkət rəsmiləri ilə, eləcə də Xarici İşlər Nazirliyində görüşdə olublar, amma heç bir nəticə olmayıb. Şirkətin direktor müavini Aqşin Rəhimov onları qəbul edib. Görüşdən...

Seçilmiş Videolar

Toplum TV loqo