Sosial

Korrupsiya indeksinə görə Azərbaycan 180 ölkə arasında 154-cüdür 

11 Fevral, 2025
248

açıq mənbədən götürülüb

"Transparency International" təşkilatı 2024-cü il üzrə Korrupsiyanı Qavranılma İndeksini (Corruption Perception Index-CPI) açıqlayıb.

İndeksdə 100 bal dövlət sektorunda korrupsiyanın olmadığını, 0 bal isə onun çox yüksək olduğunu göstərir.

Qlobal ortalama göstəricisi isə 43-dür. 

Azərbaycan 100 baldan 22 bal toplayaraq 180 ölkə arasında 154-cü olub. Əvvəlki illə (2023) müqayisədə ölkənin sırası dəyişməsə də, balı 1 pillə azalıb.

Gürcüstanın balı 53 olub və 180 ölkə arasında elə 53-cü sırada qərarlaşıb. 2023-cü illə nisbətən ötən il Gürcüstanın siyahıda yeri dəyişməyib.

Ermənistan isə, hesabata görə, 100 baldan 47 bal toplayıb və 180 ölkə arasında 63-cı sırada yer alıb. Ermənistanın indeksində də əvvəlki illə müqayisədə irəliləmə və ya geriləmə qeydə alınmayıb. 

CPI 180 ölkə və ərazidə dövlət sektorunda korrupsiya haqqında ümumilikdə 13 müxtəlif korrupsiya sorğusu və qiymətləndirməsinə əsaslanır. 

Bu məlumatları Dünya Bankı və Dünya İqtisadi Forumu da daxil olmaqla, müxtəlif nüfuzlu qurumlar toplayır.

Builki hesabata görə, Danimarka 90 bal toplayaraq (yeddinci il ardıcıl olaraq) reytinqin lideri olub. Finlandiya 88 balla ikinci, Sinqapur isə 84 balla üçüncü yeri tutub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Son 4 ildə dinlənən hər 10 dərsdən 7-də "tədrisin keyfiyyəti zəif olub" 

12 Sentyabr 2025

Foto: açıq mənbə

Təhsil İnstitutunun son 4 ildə monitorinq apardığı hər 10 dərsdən 7-də "tədrisin keyfiyyəti zəif olub".  Bunu Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev sentyabrın 12-də “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib. Onun sözlərinə görə, qurum son 4 ildə 400 məktəbdə ümumilikdə 17,300 dərsdə dinləmə aparıb. O, dinləmə aparılan məktəblərin ölkə üzrə yerləşmə arealını açıqlamayıb.  "Bu dərslərin müfəssəl datasını toplamışıq. Əsas fokus Azərbaycan dili, riyaziyyat, ingilis dili kimi fənn dərsləri olub. Qiymətləndirmədə 5 meyara fikir verilib: müəllimlərin dərsə hazırlığı, şagirdlərin dərsdə fəal iştirakı, resurslardan istifadə, dərslərin şagirdlərdə bilik və bacarıqları formalaşdırması və formativ qiymətləndirmənin aparılması", -...
Sosial

Əfqanıstanda zəlzələdə 600-dən çox insan ölüb

1 Sentyabr 2025

Foto: Reuters

Əfqanıstanın şərqindəki Kunar və Nanqarhar vilayətlərində sentyabrın 1-ə keçən gecə 6 bal gücündə zəlzələ baş verib.  Ölkənin Daxili İşlər Nazirliyi bu ana qədər ən az 622 nəfərin öldüyünü, 1500-dən çox insanın yaralandığını təsdiqləyib.  Bir neçə kəndin tamamilə dağıldığı, xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.  "Al Jazeera"nin yerli müxbirinin məlumatına görə, zəlzələ baş verən bəzi ərazilərə yardım çatdırmaq əlverişsiz yol şəraitinə görə çətinləşib.  Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstan ofisi dağıdıcı zəlzələdən "dərindən kədərləndiklərini" bildiriblər.  "Qruplarımız ərazidədir, təcili yardım və xilasedici dəstək göstərirlər. Düşüncələrimiz zərərçəkmiş icmalarladır", - deyə bəyanatda qeyd olunub.

Seçilmiş Videolar

Toplum TV loqo