Siyasət

Şahnaz Bəylərqızıyla bağlı DİN-də görüş keçirildiyi deyilir

11 Fevral, 2025
121

Şahnaz Bəylərqızı/şəxsi arxiv

Bu gün, fevralın 11-də Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunu üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlının iştirakı ilə jurnalist Şahnaz Bəylərqızıyla bağlı Daxili İşlər Nazirliyində görüş keçirildiyi deyilir.

Bildirilir ki, onların müraciəti dinlənilib, aparılan istintaqın gedişi və müraciətin nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilib.

Bir neçə gün əvvəl hüquq müdafiəçiləri jurnalist Şahnaz Bəylərqızı ilə bağlı Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciətdə deyilirdi ki, Ş.Bəylərqızı beyin şişi, şəkərli diabet, hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkir. İstintaq və məhkəmə gedişində dəfələrlə onun vəziyyəti ağırlaşıb və təcili tibbi yardım çağrılıb. Hazırda da həkim nəzarətindədir.

Müraciət müəllifləri yuxarıda qeyd edilənləri nəzərə alaraq, Prezidentdən Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmasını istədiklərini ifadə ediblər.

Fevralın 12-də saat 14.00-da jurnalistin apellyasiya şikayətinə baxılacaq.

"Toplum TV"də aparıcı və redaktor işləmiş jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) fevralın 5-də “Toplum TV” işi üzrə şübhəli şəxs qismində saxlanılıb, onun mənzilində axtarış aparılıb, evdən elektron əşyalar götürülüb.

Fevralın 6-da isə Xətai rayon Məhkəməsində onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Lakin onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Hindistanlılar sosial mediada Azərbaycana qarşı təbliğata başlayıb

8 May 2025

açıq mənbədən götürülüb

Hindistanlı sosial media istifadəçiləri Azərbaycana qarşı təbliğat aparmağa başlayıb. Buna səbəb Azərbaycanın Hindistanla Pakistan arasındakı toqquşmalarda Pakistanı müdafiə etməsidir.  Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi mayın 7-də verdiyi bəyanatda “Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları” pisləyib və “Pakistan xalqı ilə həmrəy olaraq” günahsız qurbanların ailələrinə başsağlığı verib.  Sosial şəbəkələrdə Hindistandan olan istifadəçilər “#BoycottAzerbaijan” həştəqi açaraq həmyerlilərinə Azərbaycana səfər etməməyə çağırıb.  “Heç bir hindistanlı, həmçinin terrora qarşı olan heç bir kəs, Azərbaycana getməməlidir. Hətta səfər planlaşdırmısınızsa belə, ləğv edin”, - 400 minə yaxın izləyicisi olan Mr Sinha adlı “X” istifadəçisi yazıb.  Yarım milyondan çox izləyicisi...
Siyasət

Əli Kərimlinin sürücüsü və mühafizəçisinin qardaşı həbs olunub

8 May 2025

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin üzvü Rahil Quliyev inzibati qaydada 30 sutkalıq həbs olunub.  Bu barədə AXCP sədri Əli Kərimli mayın 7-də “Facebook” səhifəsində xəbər verib. Partiya sədri deyib ki, Quliyevdən mayın 6-dan xəbər almaq mümkün olmayıb və yalnız dünən həbs olunduğu öyrənilib.  Onun həbsinin təfərrüatları bilinmir. Quliyev, həmçinin aprelin 9-da inzibati qaydada 30 sutkalıq həbs olunan, Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləyən Elnur Quliyevin qardaşıdır.  Kərimli bildirib ki, R.Quliyevin də Elnur Quliyevə və özünə təzyiq məqsədilə həbs olunduğu “şübhə doğurmur”.  Partiya sədri mayın 8-də isə xəbər verib ki, daha bir AXCP üzvü Asam Əli də inzibati qaydada...

Seçilmiş Videolar

Toplum TV loqo