Siyasət

Gürcüstan məhkəməsi etiraz aksiyasında iştirak edən müğənnini 1800 dollar cərimələyib

11 Fevral, 2025
20

açıq mənbədən götürülüb

Kutaisi Şəhər Məhkəməsi məşhur gürcü müğənni Nino Katamadze də daxil olmaqla, Mzia Amaqlobelinin müdafiəsi üçün keçirilən aksiyanın 9 iştirakçısını cərimələyib. 

Bu barədə Azadlıq Radiosunun Gürcüstan xidməti yazır .

Məhkəmə iclası zamanı 52 yaşlı Katamadze Gürcüstan himnini oxuyaraq “övladları qanunsuz həbs olunan anaların səsi” olduğunu bildirib.

Məhkəmə onu və digər etirazçıları təqsirli bilib, onların hər birini 5000 lari (təxminən 1800 dollar) cərimələyib.

Katamadze və daha səkkiz etirazçının mühakimə olunduğu etiraz aksiyası yanvarın 26-da Kutaisi Apellyasiya Məhkəməsinin hakimi Malxaz Okropiraşvilinin evinin yaxınlığında keçirilib.

Fəallar hakimə jurnalist Mzia Amaqlobelinin vəsatətini rədd edəndən sonra etiraz etmək qərarına gəliblər.

Jurnalist Batumidə etiraz aksiyaları zamanı saxlanılıb və 30 gündür aclıq aksiyası keçirir. 

Yanvarın 21-də Kutaisi Apellyasiya Məhkəməsi Amaqlobelinin vəsatətini rədd edib və jurnalisti həbsdə saxlayıb.

Polis etirazçıları nümayişlərin keçirilməsi qaydalarını pozmaqda ittiham edib.

Gürcüstanda parlament seçkilərindən sonra hakim “Gürcü Arzusu” partiyasının lehinə səslərin saxtalaşdırılması iddialarına görə kütləvi etirazlar başlayıb. 

Müxalifət beynəlxalq nəzarət altında yeni seçkilərin keçirilməsini tələb edir və saxtakarlıqların araşdırılmasını istəyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Şahnaz Bəylərqızıyla bağlı DİN-də görüş keçirildiyi deyilir

11 Fevral 2025

Şahnaz Bəylərqızı/şəxsi arxiv

Bu gün, fevralın 11-də Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunu üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlının iştirakı ilə jurnalist Şahnaz Bəylərqızıyla bağlı Daxili İşlər Nazirliyində görüş keçirildiyi deyilir. Bildirilir ki, onların müraciəti dinlənilib, aparılan istintaqın gedişi və müraciətin nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilib. Bir neçə gün əvvəl hüquq müdafiəçiləri jurnalist Şahnaz Bəylərqızı ilə bağlı Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə deyilirdi ki, Ş.Bəylərqızı beyin şişi, şəkərli diabet, hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkir. İstintaq və məhkəmə gedişində dəfələrlə onun vəziyyəti ağırlaşıb və təcili tibbi yardım çağrılıb. Hazırda da həkim nəzarətindədir. Müraciət müəllifləri yuxarıda qeyd edilənləri nəzərə alaraq, Prezidentdən Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına...
Siyasət

Məhkəmə jurnalistin şikayətini icraata götürməyib

11 Fevral 2025

Ülviyyə Əli/şəxsi arxiv

“Meydan TV işi”nə görə ölkədən çıxışına qadağa qoyulan “Amerikanın Səsi”nin jurnalisti Ülviyyə Əlinin (Quliyeva) şikayəti Xətai Rayon Məhkəməsi tərəfindən icraata götürülməyib. Bu barədə jurnalist özü məlumat yayıb. “Məhkəmə işə mahiyyəti üzrə baxmaqdan imtina etdi. Bu da o deməkdir ki, sərbəst hərəkət hüququmdan əlavə, mənim məhkəməyə çatımlılıq hüququm da pozulur”, Ü.Əli qeyd edib. Jurnalist qərarda apellyasiya şikayəti verəcəyini bildirib. “Əslində, məhkəmə işi icraata götürüb şikayətimə mahiyyəti üzrə baxmalıdır və qərar qəbul etməlidir ki, mənim ölkədən çıxışıma qoyulan qadağa qanunsuzdur. Mən işdə şahidəm və Miqrasiya Qanununun 9-cu maddəsinə görə şahidin ölkədən çıxışına qadağa qoyula bilməz, ancaq təqsirləndirilən şəxs barəsində belə bir qadağa...

Seçilmiş Videolar

Toplum TV loqo