Ölkə

İmişlidə gücləndirilmiş rejim: “İnzibati binaların, parkların ətrafında polis qarovul çəkir, yaxın rayonlardan polis dəstəyi gəlib”

19 Yanvar, 2025
573

Sosial media

Yanvarın 18-də İmişli rayonunda rəsmi məlumata görə, yol polisinin törətdiyi, iki məktəblinin ölümü ilə nəticələnən qəzadan sonra şəhərdə gücləndirilmiş rejim hökm sürdüyü bildirilir. İnzibati binaların, parkların, meydanların ətrafında polisin qarovul çəkdiyi deyilir.

 Bu haqda rayon sakinlərindən biri Toplum TV-yə məlumat verib. 

“Dünən saat 2-dən ətraf rayonlardan polis dəstəyi gəlib. Axşam saatlarında isə şəhərə Daxili Qoşunlar cəlb olunub. Onlar Olimpiya kompleksində gözləyirlər. Xəstəxananın ətrafında da polis və Daxili Qoşunları görmək olur”, İmişli sakini bildirir.

Toplum TV-yə danışan mənbə özü də rayon mərkəzində iki zirehli maşın gördüyünü bildirir.

Dünən polisin yüksək sürətlə hərəkət edən avtomobillə iki azyaşlını öldürməsindən sonra rayonda etirazlar baş verib.

Sosial mediada yayılan videogörüntülərdə etirazçıların rayon polis idarəsinin qarşısına getdikləri, polisin davranışından, yerli idarəetmədən narazılıqların səsləndiyi görünür.  

Rayondakı etirazlardan sonra saxlanılanların olduğu haqda Daxili İşlər Nazirliyi (DİN) də məlumat yayıb, amma say açıqlamayıb.

Yerli mənbənin ehtimalına görə, saxlanılanların sayı 100-dən çoxdur. Əsasən polis avtomobilinə hücum edən, onu çevirən və polislərlə mübahisə edənlərin saxlanıldığı bildirilir. 

“Yayılan videoları izləyib sonradan da saxlayırlar adamları”, İmişli sakini deyir.

DİN hələlik saxlanılanların sayını açıqlamasa da, bir qrup şəxsin fotosunu yayıb. Həmin fotoda doqquz nəfər görünür. 

Nazirlik həmin şəxslərin vəkillə təmin edildiyini bildirir.

Hələlik saxlanılanların yaxınları və ya vəkilləri mətbuata danışmayıblar.  

Bir daha qəzada həyatını itirənlərin  sayı haqda: Qəzada ölənlərin sayı haqqında müxtəlif rəqəmlər səsləndirilsə də, İmişlidəki iki mənbə Toplum TV-yə iki məktəblinin həyatını itirdiyini, yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirir. 

Dünən TƏBİB bildirmişdi ki, İmişlidə qəzada xəsarət alan 3 uşaq, birinin durumu kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Qurum 1992-ci il təvəllüdlü və 2015-ci il təvəllüdlü şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunduğunu və reanimasiya şöbəsində müalicələrinin davam etdirildiyini, vəziyyətlərinin ağır qiymətləndirildiyini açıqlamışdı.

Bu gün rəsmi qurumlar hər hansı açıqlama yaymayıblar. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Həyat yoldaşı: "Ruslan İzzətlinin ödündə ağrılar kəskinləşib, həyati təhlükəsi var"

21 Dekabr 2025

Foto: sosial media

"Toplum TV işi" üzrə həbsdə olan, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin səhhəti pisləşməyə davam edir.  Bu barədə dekabrın 20-də onunla təcridxanada görüşən həyat yoldaşı Günel Manaflı məlumat yayıb. G.Manaflı daha əvvəl də məsələni ictimailəşdirsə də, onun sözlərinə görə, R.İzzətlinin səhhətindəki problemlər artıq onun xarici görünüşünə də təsir edir.  "Mən narahat olmayım deyə "yaxşıyam" desə də, xarici görünüşü bunu demirdi. Üzü şiş, rəngi isə solğun idi. Ruslan İzzətli səhhəti ilə bağlı gündəmə gəlmək istəmir. Hətta bununla bağlı nəsə yazmamağımı da məndən istədi. Amma onun sağlamlığı mənim və övladımın öncəliyidir", - o qeyd edib.  G.Manaflınının əldə etdiyi məlumata əsasən R.İzzətlinin...
Ölkə

Naxçıvanda xidmət edən hərbçilər “səhra pulları”nın verilmədiyini deyirlər

15 Dekabr 2025

Foto: mod.gov.az

Naxçıvanda xidmət edən bir qrup hərbçi səhra şəraitində xidmətə görə nəzərdə tutulan ödənişlərin onlara verilmədiyini bildirir. Bu barədə “Toplum TV”-yə adlarının gizli qalmasını istəyən hərbçilər məlumat verib. Hərbçilərin sözlərinə görə, həftəsonları və bayram günləri də daxil olmaqla beş aydan artıqdır ki, səhra şəraitində fasiləsiz, 24 saatlıq xidmət aparırlar. Buna baxmayaraq, qanunvericilikdə nəzərdə tutulan aylıq 600 manatlıq ödənişi ala bilmədiklərini iddia edirlər. Onlar, həmçinin aylıq 62 manat məbləğində nəzərdə tutulan ərzaq pullarının da kəsildiyini deyirlər. Hərbçilər şikayətlərini ötən həftə “Gündəlik Naxçıvan” səhifəsində ictimailəşdiriblər. Bildirilir ki, bundan sonra onlara hərbi hissədən “pullar veriləcəkdi, amma indi, ümumiyyətlə, verilməyəcək” cavabı verilib. Onların sözlərinə görə,...

Seçilmiş Videolar

Toplum TV loqo