sosial media
Fevralın 21-də Bakı Apelyasiya Məhkəməsində Xətai rayon Məhkəməsinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin həbs qətimkan müddətinin uzadılması ilə bağlı qararından verilmiş şikayətə baxılıb.
İclasda şikayət təmin edilməyib və Anar Məmmədli həbsdə qalıb.
Vəkil Cavad Cavadovun verdiyi məlumata görə Anar Məmmədli səhhətində yaranmış problemlərə görə məhkəmədə iştirakdan imtina edib:
“Bir neçə gün öncə Anarla istintaq təcridxanasında görüşdüm. Anar bildirdi ki, səhhətində ağırlaşma var və Apellyasiya Məhkəməsində iştirak etmək istəmir və bununla bağlı ərizə ilə müraciət edib. Anar vertigo xəstəliyindən əziyyət çəkir və mütamadi baş dönməsi (gicəllənmə) halları olur. Dəfələrlə müraciətlərə baxmayaraq, adekvat müalicə ala bilmir”.
Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. Aprelin 30-da Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham olunub.
Noyabrın 20-də məhkəmə Məmmədlinin həbs müddətini daha 3 ay uzadıb.
O, ittihamları rədd edir və təqsirsiz olduğunu bildirir.
Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus hesab edir.
Hüquq müdafiəçiləri Azərbaycanda 300-dən çox siyasi məhbus olduğunu bəyan edirlər.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi mövqeyinə görə təqib edilmədiyini, bütün fundamental hüquq və azadlıqların təmin edildiyini bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Nurlan Libre/şəxsi arxiv
Bəgruz Səmədov/sosial media
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”