Məhkəmə

Nurlan Libre barəsində həbs qətimkan tədbiri seçildi

21 Fevral, 2025
30

Nurlan Libre/şəxsi arxiv

Fevralın 21-də jurnalist Nurlan Libre (Qəhrəmanlı) barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.

Məhkəmə təqdimatı təmin edib.

Daxili İşlər Nazirliyi onun “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanıldığını təsdiqləyib.

Nurlan Libre də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham edilir.

O, fevralın 20-də günorta saatlarında Bakıda saxlanılıb.

Yaxınlarının yaydığı məlumata görə, jurnalist Bakıda saxlanıldıqdan sonra Sumqayıtda yerləşən evinə aparılıb və evində axtarış keçirilib.

Nurlan Libre daha əvvəl bir neçə dəfə saxlanılıb, inzibati həbs cəzalarına məhkum edilib və təzyiqlərə məruz qaldığını bildirib.

Jurnalist 2023-cü ilin sentyabrın 13-də Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılmış və DTX-da müharibə əleyhinə yazdığı paylaşımlarına görə təhdid olunduğunu bildirmişdi. 

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhkəmə Anar Məmmədlini həbsdə saxladı

21 Fevral 2025

sosial media

Fevralın 21-də Bakı Apelyasiya Məhkəməsində Xətai rayon Məhkəməsinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru  Anar Məmmədlinin həbs qətimkan müddətinin uzadılması ilə bağlı qararından verilmiş şikayətə baxılıb. İclasda şikayət təmin edilməyib və Anar Məmmədli həbsdə qalıb. Vəkil Cavad Cavadovun verdiyi məlumata görə Anar Məmmədli səhhətində yaranmış problemlərə görə məhkəmədə iştirakdan imtina edib: “Bir neçə gün öncə Anarla istintaq təcridxanasında görüşdüm. Anar bildirdi ki, səhhətində ağırlaşma var və Apellyasiya Məhkəməsində iştirak etmək istəmir və bununla bağlı ərizə ilə müraciət edib. Anar vertigo xəstəliyindən əziyyət çəkir və mütamadi baş dönməsi (gicəllənmə) halları olur. Dəfələrlə müraciətlərə baxmayaraq, adekvat müalicə ala bilmir”. Anar Məmmədli...
Məhkəmə

Bəhruz Səmədov aclıq aksiyasına başlayıb

21 Fevral 2025

Bəgruz Səmədov/sosial media

Bakı Ağır Cinayətlər Məhkəməsində Çexiyanın Karlov Universitetinin doktorantı, dövlətə xəyanətdə ittiham olunan gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Vəkil Zibeydə Sadıqova Bəhruz Səmədovun ev dustaqlığına buraxılması, istintaqda dindirilən bəzi şahidlərin ifadələrinin, müəyyən sənədlərin sübutlar siyahısından çıxarılması haqda da vəsatətlər qaldırıb. Zibeydə Sadıqova xatırladıb ki, bəzi şəxslər saxlanılıb, onların yeri barədə uzun müddət xəbər almaq mümkün olmayıb. Hətta onların həbs olunduğu ehtimal edilib. Bu barədə mediada da məlumatlar yayılıb. Sonradan üzə çıxıb ki, həmin şəxslər Bəhruz Səmədovun işi üzrə şahid kimi dindirilmək üçün...

Seçilmiş Videolar

Toplum TV loqo