Qadınlardan ibarət onlayn lotoreya: 1 milyon 300 min manatlıq aldatma, 81 zərərçəkən
açıq mənbədən götürülüb
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tənzilə Kərimovanın məhkəməsi başlayıb. O, onlayn lotoreya təşkil etməklə 81 nəfərin ümumilikdə 1 milyon 300 min manatını ələ keçirməkdə təqsirləndirilir. Bu iş hakim Eldar İsmayılovun icraatındadır.
Tənzilə Kərimovanın təşkil etdiyi onlayn lotoreyanın iştirakçıları əsasən qadınlar olub.
Noyabrın 27-də məhkəmə bu iş üzrə bir neçə zərərçəkəni dindirib. Onlardan biri Elmira İmanova ifadəsində göstərib ki, istifadəsində olan telefona onlayn lotoreyaya qoşulmaq dəvəti gəlib, o da maraq güc gəldiyindən dəvəti qəbul edərək, oyuna qoşulub. Dediyinə görə, qısa müddətdə həm pullarını itirib, həm də övladları sələmçilərə borclanıb: “İlk olaraq onlayn oyuna 150 manat yatırım etdim. Sonra hissə-hissə daha çox yatırım etdim. Ümumilikdə 16 min 380 manat yatırım etmişəm. Övladlarımdan da pul alıb yatırım eləmişəm. Bu oyuna görə qızlarım sələmə girdi, pullar batdı, bütün ailə düzənimiz pozuldu”, - zərərçəkən hakimə bildirib.
Fidan İsmayılova da aldadıldığını, hissə-hissə olmaqla 15 min manat yatırım etdiyini deyir: “Kosmetoloji şirkətdə işləyirdim. İşdə olanda Sevda adlı bir xanım gəldi, təklif etdi, özü də bu oyuna qoşulduğunu və xeyli gəlir götürdüyünü dedi. Düşündüm ki, bir yoxlayım. Bir neçə dəfə pul yatırım edib, qazanc götürdüm. Sonra qoyduğum pullar ilişib qaldı, özümə qayıtmadı. Tənzilə Kərimovaya bu barədə deyəndə üstümə qışqırırdı ki, təzə adamlar gətirməsən, yatırım etdiyin pullar batacaq”.
Zərərçəkən Müşfiqə Nazimqızı məhkəməyə hepatitdən əziyyət çəkdiyini, onlayn lotoreyaya da əlavə qazanc əldə edərək, müalicəsinə xərcləmək məqsədilə qoşulduğunu söyləyib: “Dedilər ki, guya xeyriyyə marafonu kimi bir şeydir. Xəstələr yatırım edir, daha çox pul qazanır. Mən də qoşuldum. 100 manat qoydum, 500 manat götürdüm. Həyat yoldaşım narazlıq etdi, dedi ki, bu məsələnin xeyriyyəçiliklə heç bir əlaqəsi yoxdur, sənə verilən 500 manat da haram puldur. Qulaq asmadım, az pul qoyub çox pul götürmək xoşuma gəldi. Yoldaşımla bu söhbətdə düz gəlmirdik, hətta boşandıq. Mən anlayanda artıq gec idi, qoyduğum pulları götürməliydim, götürə bilmirdim. Hər dəfə pulu götürmək üçün əlavə yatırım etmək təklif olunurdu. Mən də ümid edirdim ki, bu 100 manatı da qoysam, pullarım qayıdacaq. Bu qumara görə ailəm də dağıldı, ərim çıxıb getdi. İş o yerə gəlib çatdı ki, qrupda yazdım ki, pullarım qayıtmasa, polisə ərizə verəcəm. Tənzilə yazırdı ki, polisə yazsanız, işi bağlatdırmaq üçün sizdən yığılan pulları polisə verməli olacam”.
Tənzilə Kərimova özü də ifadə verib. Onun sözlərinə görə, 2022-ci ilin aprelindən başlayaraq internet üzərindən “Onlayn lotereya” oyunları təşkil edib və bu məqsədlə Whatsapp üzərindən qruplar yaradıb. T.Kərimova bildirib ki, oyunun qaydalarına görə, qoşulmaq istəyən şəxs 180 manat pul ödəyirmiş, yatırım edən şəxs ayın tamamında yatırdığı pulun bir neçə qatı müqabilində gəlir əldə edirmiş. Elə buna görə də oyunların adı şərti olaraq “qat” adlandırmış. Təqsirləndirilən şəxsin dediyinə görə, pul onun və qrup rəhbərinin kartında toplanır, oradan da qalib gələn oyunçunun kartına köçürülürmüş.
“Məsələn, tutaq ki, iyul ayının 5-də 500 manat yatırım etmiş şəxs avqust ayının 5-də 2500 manat pul götürürdü. Bu məqsədlə iştirakçıların pulundan müəyyən qədərini kəsib depozit hesaba yatırırdım. Depozit pullar mənim bank kartıma yığılırdı. Məsələn, iyulun 5-nə kimi qoşulmuş və 180 manat yatırım etmiş şəxs 1440 manat deyil, 900 manat ödəniş qəbul edirdi, qalan 540 manat isə depozit hesaba yatırılırdı. Depozit hesabdan isə iyul ayının 5-dən sonra 5 qat ödəniş qazanmaq adı ilə yatırım etmiş şəxsin ödənişi verilirdi”, - T.Kərimova ifadəsində deyib.
Pullarını geri ala biləməyəndə sözün əsl mənasında oyuna düşənlər DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə ərizəylə müraciət ediblər. Onlar bu oyuna yatırım etdikləri pullara görə borclandıqlarını, hətta sələmə götürdükləri pulları ödəyə bilmədikləri üçün yüksək məbləğdə faizlərlə yükləndiklərini bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Abzas
hüquq.az
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?
Hikmət Hacıyev təqsirsizlik prezumpsiyasını pozub - Fakt Yoxla araşdırıb