Siyasət

Vəkilin DTX-dan şikayəti təmin edilmədi

28 Noyabr, 2024
8

amerikanınsəsi

Vəkil Fariz Namazlının Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən saxlanılaraq dindirilməsi və telefonunun əlindən alınması ilə bağlı şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb (Meydan TV).

Səbail Rayon Məhkəməsi şikayəti təmin etməyib. Hakim hesab edib ki, saat 21.00 radələrində Bakıdakı kafelərdən birində dostları ilə birlikdə olan vəkilin DTX əməkdaşları tərəfindən saxlanılıb aparılması, telefonunun əlindən alınması, gecə saat 1-in yarısına qədər dindirilməsi normal haldır.

Məhkəmədə DTX-dan iştirak edən olmayıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə razılaşmayan F.Namazlı apelyasiya şikayəti verəcəyini bildirib.

Fariz Namazlı avqustun 31-də axşam saat 21.00 radələrində saxlanılıb, həmin vaxt telefonu da götürülüb. O, üç saat yarım şahid qismində dindirildikdən sonra, sentyabrın 1-nə keçən gecə sərbəst buraxılıb.

Vəkil bildirir ki, onun işdən sonra saxlanılması, telefonunun əlindən alınması, gecə yarıya qədər DTX-da qalması qanunsuzdur. Onun sözlərinə görə, əgər şahid qismində dindirilməli idisə, əvvəldən ona ya telefon vasitəsilə, ya çağırış vərəqəsi ilə bu barədə məlumat verilməli idi.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ələsgər Məmmədli cərrahi əməliyyata ehtiyacı olduğunu deyib

28 Noyabr 2024

açıq mənbədən götürülüb

Xətai Rayon Məhkəməsində Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması haqqında vəsatətə baxılıb. Məhkəmə online keçirilib və vəsatət təmin edilməyib.  Bu haqda onun qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə deyib.  N.Məmmədli bildirib ki, Ələsgər Məmmədli səhhətinin pis olduğunu və xüsusilə də qalxanabənzər vəzdə böyüməkdə olan şişin təcili əməliyyatla götürülməsinin vacib olduğunu hakimin diqqətinə çatdırıb. O deyib ki, hətta təcrtidxanadakı həkimlər də cərrahi əməliyyatın vacibliyini vurğulayıblar. Amma Ə.Məmmədli təcridxanada əməliyyat oluna bilməyəcəyini də qeyd  edib.  O, eyni zamanda, davamlı qan təzyiqinin yüksəldiyini, kəskin baş ağrılarından əziyyət çəkdiyini bildirib.  N.Məmmədli deyir ki, qardaşı universitetdə oxuyan iki övladının maddi problemlərini həll etməli olduğunun...
Siyasət

Avropa Parlamentində Azərbaycandakı vətəndaş cəmiyyətinə və jurnalistlərə təzyiqlər müzakirə ediləcək

28 Noyabr 2024

açıq mənbədən götürülüb

Avropa Parlamentinin İnsan hüquqları üzrə Alt Komitəsi dekabrın 5-də “Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqlər”i müzakirə edəcək. Bu haqda Turan xəbər verir. Tədbirə hüquq müdafiəçisi Jalə Bayramovanın da qatılacağı, atası Qubad İbadoğlunun işi və Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı çıxış edəcəyi bildirilir. Avropa Parlamentinin prezidenti Roberta Metsola ötən həftə İbadoğluna məktub göndərərək onu dekabrda Saxarov mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət etmişdi. Amma haqqında bir ildən çoxdur cinayət işi açılan və hazırda ev dustaqlığında olan İbadoğlunun tədbirə qatılması mümkün görünmür.  Avropa Parlamenti oktyabrın 24-də qəbul etdiyi qətnamədə son bir ildə Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə...

Seçilmiş Videolar

Toplum TV loqo