Rusiyanın Qərb raketlərilə vurulmasına yenidən “Oreşnik”lə cavab verə bilərik – Putin
BBC
Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 28-də Qazaxıstanda keçirilən sammitində deyib ki, Ukraynaya kütləvi hava hücumu Rusiya ərazisinin yenidən Amerikanın uzaqmənzilli ATACMS raketlərilə vurulmasına cavabdır (https://t.me/bbcrussian/73458).
“Toplam 100 sistemdən istifadə edilib, 100 müxtəlif tipli raketlə və 466 dronla zərbələr endirilib” deyən Rusiya prezidenti bunların son iki günün rəqəmləri olduğunu qeyd edib.
Putin Rusiyanın “Oreşnik” adlı yeni raketinin dünyada analoqu olmadığı barədə daha əvvəl dediklərini təkrarlayıb, bu tip raketlərin“Kiyevdəki qərar qəbuletmə mərkəzlərini” hədəf ala biləcəyini vurğulayıb:
“Hazırda Müdafiə Nazirliyi və Rusiya Ordusunun Baş Qərargahı hücum üçün Ukrayna ərazisindəki hədəfləri seçirlər. Bunlar Kiyevdəki hərbi obyektlər, müdafiə sənayesi müəssisələri və ya qərar qəbuletmə mərkəzləri ola bilər” (“İnterfaks”).
“Uzaqmənzilli Qərb raketlərilə Rusiya ərazisinə davamlı hücumlara biz, əlbəttə ki, cavab verəcəyik. Mümkündür ki, noyabrın 21-də olduğu kimi, “Oreşnik”i döyüş şəraitində sınaqdan keçirməklə” deyə, Putin əlavə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
apa
PBC
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?