Məhkəmə

Tofiq Yaqublunun məhkəməsində hakim: “Seymur Həzini tullayın bayıra, bir də bu zalda görməyim” 

11 Yanvar, 2025
52

Neweasterneurope.eu

Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsində təqsirləndirilən şəxs və zalda əyləşənlərlə iclasa sədrlik edən hakim Elnur Nuriyev arasında gərginlik yaşanıb. Hakim məhkəmə salonunda əyləşən iki nəfəri zaldan kənarlaşdırıb.

Yaqublu dələduzluqda ittiham olunur. İstintaq orqanını irəli sürdüyü ittihama görə o, zərərçəkmiş Elşən Hüseynovun Almaniyada vətəndaşlıq alması üçün Elnur Məmmədovun (digər təqsirləndirilən şəxsdir) vasitəsiylə ondan 25 min avro, 10 min manat pul alıb. Yaqublu ittihamları qəbul etmir.

Artıq üçüncü məhkəmə iclasıdır ki, sənədlər tədqiq olunur. Tofiq Yaqublu bu dəfə də zərərçəkən Elşən Hüseynovla digər təqsirləndirilən şəxs  Elnur Məmmədov arasındakı Whatsapp yazışmalarının qurama olmasından danışıb. Hakimsə ona hər detal ətrafında danışmasının məhkəmənin uzanmasına səbəb olduğunu bildirib. Tofiq Yaqublu onunla razılaşmayıb.

T.Yaqublu: - İşinizin-gücünüzün adı nədir ki. Bir ildən çoxdur həbsdəyəm, indi də qoy aylarla uzansın. Siz məni illərlə həbs həyatına məhkum edəcəksiniz. Bu işdə məni saxta Whatsapp dialoquna görə həbs ediblər. Hə, bir də onu deyim ki, siz 175 nəfəri aldadan, milyonlarla manat mənimsəyən iş adamı Pənah Kərimovu bu zaldan ev dustaqlığına buraxan hakimsiniz. Ancaq bir ildən çoxdur ki, məni burda saxta ittihamlarla həbsdə saxlayırsız, vəsatətlərimi təmin etmirsiz.  

Hakim:  - Siz öz işlərinizdən danışın. Mənim işimə qarışmayın.

T.Yaqublu: - 175 adama milyonlarla ziyan vurmuş adamı nəyin müqabilində buraxmısınız?

Hakim: - Səsinizi qaldırmayın, öz işinizdən, öz ittihamlarınızdan danışın.

T.Yaqublu: - Məni kimin mühakimə eləməsinin əhəmiyyəti var axı. Dələduzu müdafiə edən, saf adamı şərləyən adama mən necə reaksiya verməliyəm ki?

Hakim: - Mən sizə hesabat verəsi deyiləm.

T.Yaqublu: - Əlbəttə, siz mənə yox, yuxarıdakına hesabat verirsiniz ki, şərlədim, məhv elədim. Sizə deyirəm ki, mənə ittiham həmin saxta yazışmalar üzərindən verilib. Burda sizə altdan da, üstdən də sübut edəcəm ki, bu saxta yazışmaları müstəntiq Abdulla Cəlilli məni həbs etmək üçün təşkil edib.

Məhkəmə iclası yenə iki nəfər arasındakı yazışmaların hakim tərəfindən elan edilməsi ilə davam edib.

Tofiq Yaqublu danışarkən üzünü məhkəmə salonundakılara tutub.

Hakim: - Mən başa düşmürəm, siz kiminlə danışırsız?

T.Yaqublu: - Xalqla, millətlə.

Hakim: - Məhkəmədəsiniz, danışanda üzünüzü məhkəməyə çevirin.

T.Yaqublu: - Sizə dedim, ya divara dedim, heç bir fərqi yoxdur. Onlar (zaldakılar) heç olmasa adama qulaq asırlar.  

Hakim (əsəbiləşərək səsini yüksəldir): - Bura bax, həddini aşma. Həddini aşarsan, səni çıxardaram zaldan, məhkəməni sənsiz keçirərəm. Özünə hörmət eləmirsən, başqalarına hörmət elə.

T.Yaqublu (səsini yüksəldir): - Özünə hörmət eləməyən sənsən. Özünə hörmət eləməyən Tofiq Yaqublunu mühakimə eləyəndir.

Hakim: - Bura məhkəmədir, üzünü məhkəməyə tut danış.

T.Yaqublu: - Mən insanların üzünə baxmaq istəyirəm.

Hakim: - Saxla, saxla, nə dedin? Sən artıq həddini aşdın.

Bu yerdə məhkəmə salonunda əyləşən Rövşən Hüseynov və Xalq Cəbhəsi Partiyasının sədr müavini və T.Yaqublunun kürəkəni Seymur Həzi etirazını bildirib. Hakim nəzarətçilərə əvvəlcə Rövşən Hüseynovu zaldan kənarlaşdırmağı və bir daha bu məhkəmə iclasına buraxılmamağı tapşırıb. Sonra üzünü Seymur Həziyə tutub.

Hakim: - Sən, qalx ayağa. O formada gedib orda danışarsan.

Seymur Həzi: - Sən artıq Tofiq Yaqubluya qarşı müharibə elan eləmisən. Özün də İlham Əliyevin tərəfini tutursan.

Hakim: - “Sən”lə gedib tay-tuşunla danışarsan. Nəzarətçilər, bunu tutun, tullayın bayıra, bir də bu zalda görməyim.

Sonra hakim üzünü salondakılara tutub: “Bundan sonra tərbiyəsizlik edən məndən tərbiyəsizlik görəcək”.

T.Yaqublu deyib: “Ən böyük tərbiyəsizlik Tofiq Yaqublunu dələduzluqda mühakimə etməkdir. Ən böyük dələduz da, bandit də kimdir, özünüz  yaxşı bilirsiz. Adamı nə qədər şərləyərlər axı. Mənim min il ömrüm yoxdur ki, deyim, eybi yox, bir beş il də gedib Elnur Nuriyevin xətrinə yataram, olar, bitər. Mənim 65 yaşım var, ömrümün çoxu gedib, azı qalıb. Adamı nə qədər şərləyib ömründən oğurlayarlar? Beşinci dəfədir saxta ittihamla həbs olunuram, inzibati həbslərin sayını-hesabını itirmişəm”.

Hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edib və bildirib ki, bir də məhkəməyə hörmətsizlik etsə, proses onun iştirakı olmadan davam edəcək. 

T.Yaqublu isə davam edib: “Siz burada səslənən faktları, ifşaları eşitmək istəmirsiniz deyə, məni prosesdən uzaqlaşdırmaq istəyirsiz. Bu ittihamın sizə, dövlət ittihamçısına, zaldakılara nə qədər aidiyyəti varsa, mənə də o qədər aidiyyəti var. O pulu alanın da, götürənin də, o pula əli dəyənin də ünvanına dünyanın ən pis təhqirləri getsin”.

Hakim növbəti prosesi yanvarın 17-nə təyin edib.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Tofiq Yaqublu bu iddiaları qəbul etmir və həbsinin siyasi sifariş, ittihamların isə saxta olduğunu bildirir.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhbus anası: “Həmzənin üzünə məhəlləmizin narkomanını qoymuşdular” 

13 Yanvar 2025

açıq mənbədən götürülüb

“Vətəndə özünə gün ağlaya bilməyən gənclər yad ölkələrə üz tutur, əziyyətlə işləyib, təhsil alıb özlərinə həyat qurmağa çalışırlar. Ancaq vətənə qədəm basan kimi tutub, işgəncə verib, şərləyib, həyatını məhv edirlər. Onlardan biri də mənim oğlumdur”.  Bunu deyən Azərbaycanda terrorçuluğa və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham olunraq bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 6 il müddətinə azadlıqdan məhrum edilmiş Həmzə Məmmədlinin anası Hicran Məmmədovadır.    Həmzə Məmmədli kimdir?  Həmzə Məmmədli 32 yaşındadır. 2015-ci ildən Almaniyada yaşayıb, 2023-cü ilin əvvəlində Almaniya vətəndaşlığı alıb. Elə həmin ilin yayında öz toyunda iştirak etmək üçün Bakıya gələrkən Heydər Əliyev adına Hava...
Məhkəmə

Fazil Qasımov: “Məhkəmədən sonra nəzarətçilər məni yerə yıxıb fiziki zor göstərdilər, sənədlərimi aldılar”  

10 Yanvar 2025
Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçı “Qubad İbadoğlu işi”nə görə həbs edilmiş Fazil Qasımovun və Anar Əliyevin məhkəməsi davam edir.  Yanvarın 10-da məhkəmə iclası başlayan kimi Fazil Qasımov hakimin diqqətinə çatdırıb ki, son məhkəmə iclasından sonra Bakı İstintaq Təcridxanasında Penitensiar Xidmətin əməkdaşlarının fiziki zorakılığına məruz qalıb:  “Məni qollarım qandallı vəziyyətdə yerə yıxdılar, fiziki zorakılıq göstərərək vəkilimin məhkəmədə verdiyi sənədləri götürdülər. Məhkəmə həm psixoloji, həm də fiziki zorakılığa məruz qalmağımla bağlı hüquqi addımlar atmalıdır”.  Hakimsə bildirib ki, məhkəmə kənarda baş verən hadisələrə qarışmır, Fazil Qasımova isə nəzarətçilərin hərəkətlərindən Penitensiar Xidmətə müraciət edə biləcəyini deyib.  Vəkil Fuad Ağayev hakimlə razılaşmayıb.  “Müvəkkilimə hər dəfə...

Seçilmiş Videolar

Toplum TV loqo