Sosial media
Beynəlxalq Narahat Alimlər Komitəsi həbsdə olan azrbaycanlı alim İqbal Əbilovun azad edilməsinə çağırıb (Amerikanın Səsi).
Komitə bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda bildirilir ki, Əbilovun həbsi onun COP29 ərəfəsində Ermənistan alimləri ilə birgə Azərbaycanda mövcud etnik azlıqlar üzərində apardığı araşdırma ilə bağlı ola bilər.
Tədqiqatçının saxlanılma şəraitindən də narahatlıq ifadə edilən məktubda İqbal Əbilovun işlə bağlı sənədlərlə vəkillə birgə tanış olaraq normal hüquqi yollardan istifadə edə bilməsi, azadlığa buraxılması və Belarusa qaytarılması istənilir.
Məktubun surəti Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenə, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimə və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova ünvanlanıb.
Talış tarix və mədəniyyətini araşdıran İqbal Əbilov 2024-cü il iyulun 22-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.
İqbal Əbilov ittihamları rədd edir. Yaxınları bildirir ki, İqbal Əbilovun təqib olunmasının əsl səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.
Azərbaycan hakimiyyəti isə ölkədə söz və ifadə azadlığı daxil olmaqla bütün təməl hüquq və azadlıqların təmin olunduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“2024-cü il repressiyaların və polis özbaşınalığının güclənməsi ilə yadda qaldı” - SMMM-nin illik hesabatı
Mikroskopmedia
AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları “çox maraqlı məlumatlar verib” - Lavrov
Kolllaj/Toplum Tv
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?