Ölkə

"Air Astana” nəyə görə “Embraer”i məhkəməyə vermişdi?

 

26 Dekabr, 2024
112

açıq mənbədən götürülüb

12 milyon dollarlıq təzminat tələbinin qısa tarixçəsi

Dekabrın 25-də Bakı-Qroznı marşrutuyla uçan "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau çəhərində qəzaya uğrayıb. 5 ekipaj üzvü və 62 sərnişindən yalnız 29-u  sağ qalıb.

Qəzanın səbəbi barədə müxtəlif versiyalar var – Qroznı hava limanının dumana görə bağlı olmasından tutmuş təyyarənin vurulmasına qədər.

Bəs texniki porblemlər necə? Təyyarənin idarəetmə sistemində nasazlıq yaranmış ola bilərdimi? "Embraer 190" bu suala inamla “yox” deyə biləcəyimiz qədər etibarlı təyyarədirmi?

“Toplum TV” bu suala cavab axtarıb.

Braziliyanın “Embraer” şirkəti bu təyyarələrin istehsalını 1999-cu ildə - Parisin Le-Burje Aviasiya Sərgisində anons edib. Qurumun nümayəndələri elan ediblər ki, 2018-ci ilin birinci yarısında şirkət “E-Jets” sərnişin təyyarələrinin ikinci nəslinin - E-Jets E2 seriyasının istehsalına başlayacaq və bu seriyada üç yeni təyyarə olacaq: E175-E2, E190-E2 və E195-E2. 

E190-E2 ilk dəfə 2004-cü ildə istifadəyə verilib.

Aktauda qəzaya uğramış təyyarə bu seriyadandır. AZAL onu və daha birini 2014-cü ildə satın alıb, ikisinə 95.4 milyon dollar ödəyərək.

Aviasiya Təhlükəsizliyi Şəbəkəsinin 10 yanvar 2020-ci il tarixinə olan məlumatına görə, 16 il ərzində 7 ədəd E-190 sıradan çıxıb:  

17 iyul 2007 (“Aero República”),

24 avqust 2010 (“Henan Airlines”),

16 sentyabr 2011 (“TAME Ecuador”),

29 noyabr 2013 (LAM),

28 aprel 2016- (TAME Ecuador),

31 iyul 2018 (“Aeroméxico Connect”),

11 noyabr 2018 (“Air Astana”)

AZAL-a məxsus təyyarənin qəzaya uğradığı ölkəyə aid olan faktın - sonuncunun izinə düşdük.

****

2017-ci ilin yayı.

Qazaxıstanın “Air Astana” şirkətinin səhmdarları Braziliyanın “Embraer” şirkətinə məxsus 5 təyyarənin altı il müddətinə icarəyə götürülməsi barədə qərar qəbul edirlər.

“Embraer” iddia edir ki, birinci nəsil “E-Jets” pilotları E190-E2-ni idarə etməyi 2,5 günə öyrənəcəklər, bunun üçün heç tam aviastimulyatora da ehtiyac olmayacaq. Bundan başqa, şirkət təyyarənin texniki xidmət xərclərinin 15-20% azalacağını, bu təyyarənin öz sələfindən 17,3% az yanacaq sərf edəcəyini və maksimum uçuş məsafəsinin 1000 kilometrdən çox olacağını bildirir.

2020-ci ilin qışı.

Qazaxıstan paytaxtından qalxan “Embraer” təyyarəsi Azərbaycan paytaxtına doğru istiqamət götürür.

3 saat sonra sərnişinlər illüminatorlarda artıq Bakının işıqlarını görməyə başlayırlar. Amma gözlənilənildiyi kimi olmur. Təyyarə “U” dönüşü edib yenidən yüksəlir, işıqlar görünməz olur.

Bir neçə gün sonra “Air Astana” şirkəti KazTAG-ın insidentlə bağlı sorğusuna belə cavab verir:

“Yanvarın 24-də Nur-Sultan-Bakı marşrutu üzrə uçan  KS113 reys texniki nasazlıq (qanadların buzlaşma əleyhinə sistemindəki nasazlıq) və Bakı hava limanında texniki dəstəyin olmaması səbəbindən geri qayıdıb. Eniş normal olub”. 

Bu, son 1,5 ildə “Embraer” təyyarələri ilə bağlı üçüncü belə insident idi.

Birincisi 2018-cu ilin noyabrın 11-də baş vermişdi. Portuqaliyanın Beja hava limanından qalxan “Embraer” ERJ-190LR (P4-KCJ) təyyarəsi radarlardan itmiş, pilotlar təyyarə üzərində idarəetməni itirdiklərinə görə “Mayday” beynəlxalq qəza siqnalı vermişdilər. Beya-Minsk-Alma-Ata marşrutu üzrə uçmalı olan təyyarə 1 saat 30 dəqiqə sonra yenidən Bejaya qayıtmışdı. Sərnişinlərdən birinin yaralandığı bildirilmişdi.

 

İkinci insident 2019-cu ilin iyununda, Daşkənd-Alma-Ata reysində olmuşdu - bu dəfə buzdan təmizləmə sistemindəki problemə görə.

Ekipaj təlimatdakı qaydalara əməl etmiş, amma sistem boruları bağlı vəziyyətdə blokladığına görə kabinədə təzyiq azalmışdı. Bu, oksigen maskalarının işə düşməsinə səbəb olmuşdu. Ekipaj 10,190 fut yüksəkliyə, təhlükəsiz hündürlüyə qalxmış və sonra da Qazaxıstanın Şimkənd şəhərinə təcili eniş etməli olmuşdu.

2020-ci ilin sentyabrında isə dördüncü insident baş verir - Qızıl Orda-Alma-Ata  reysilə uçan  E190-E2-nin salonunda tüstü detektoru işə düşür, pilotlar təlimata uyğun olaraq elektron sistemləri söndürüb marşrutu dəyişirlər və sonra da təcili eniş edirlər.

 “Air Astana” bildirir ki, pilotlar bir neçə sistemin, o cümlədən TCAS, hava radarı, hücum bucağı məhdudlaşdırıcısı və yanacaq ötürmə kimi sistemlərin işləmədiyi vəziyyətdə yerə enməyə məcbur olublar.

 “Embraer” təyyarənin səhv mesajlar verdiyini bildirir, etiraf edir ki, təyyarənin sensoru tüstünü sensorun üstündəki çirkdən ayırd edə bilmir.

6 may və 22 iyul 2020-ci il tarixlərində qeydə alınmış 5-ci və 6-cı insidentlərdə E190-E2 hündürlüyü ekipajın müdaxiləsi olmadan dəyişir, pilotlar fərqində olana qədər daha yüksək zolaqda uçur (22 iyulda dəqiqədə 2,5 min fut sürətlə 5900 futdan 6700 fut yüksəkliyə qalxır). “Embraer” şirkəti söz verir ki, bu problemi həll edəcək.

7-ci insidentdə - 2020-ci ilin noyabrında Aktau-Alma-Ata marşrutu üzrə uçan təyyarədə idarəetmə sistemi hidravlik mayenin temperaturunun lazımi həddən yüksək olduğu barədə xəbərdarlıq edir, az sonra həmin mayenin lazımi səviyyədən aşağı olduğunu göstərir və ardınca daha 11 yanlış xəbərdarlıq “istehsal edir”.

Araşdırmalar nəticəsində aşkar edilir ki, mühərrikin nasosunun sıradan çıxması nəticəsində elektrik enerjisi kəsilib və sistemdə nasazlıq yaranıb.

Bundan başqa, “Air Astana” bu təyyarələrin şlaklarında (qanadın ön kənarında quraşdırılmış əyri səthlərdə) altı nasazlıq faktı qeydə alıb. Bu, təyyarə üçün hündürlüyü sürətlə itirmə riskini artıran nasazlıqdır.

Bütün bunlardan sonra – 2 iyul 2021-ci ildə “Air Astana” E190-E2-dəki nasazlıqlarlara görə “Embraer” şirkətindən Nyu-York Ali Məhkəməsinə şikayət edir; hüquqi xərclər də daxil, özünə dəyən ziyanın 11,888,495 dollar olduğunu bəyan edir.

“Air Astana”nın istehsalçı şirkətə qarşı əsas ittihamları bunlar olur:

əsas komponentlərin və sistemlərin pis quraşdırılması, bunun nəticəsində bir neçə nasazlığın yaranması;

bu sistemlərdən alınan məlumatların yanlış təfsir edilməsi;

təyyarənin əvvəlki versiyasındakı proqram təminatıyla bağlı fərqlərin açıqlanmaması, bunun ekipaj və sərnişinlər üçün risk yaratması;

təyyarə sistemlərində nasazlıqların aradan qaldırılmasında əsassız gecikmələr.

“Embraer” buna cavab olaraq yadığı açıqlamada öhdəliklərin pozulması iddiasını rədd edir, bildirir ki, “...Belə problemlər hərdən  yaransa da, heç vaxt ciddi problem olmayıb. Təhlükəsizlik riski ani olaraq baş verir və təyyarə təhlükəsiz şəkildə enir”.

2022-ci ilin sonunda “Air Astana” və “Embraer” E190-E2 ilə bağlı iddiaya xitam verilməsi barədə prinsipial razılığa gəlirlər. Tərəflər razılaşmanın şərtlərini açıqlamadıqları 29 dekabr tarixli məktubda Nyu-York Ali Məhkəməsini bu qərar barədə məlumatlandırırlar.

Hakim tərəflərə "müqavilənin mətnini yekunlaşdırmaq üçün” tərəflərə 60 gün vaxt verir və ilk iclasını martın 22-nə təyin edir. Tərəflərə martın 13-dən gec olmayaraq müqavilənin mətnini məhkəməyə təqdim etmək və ya razılaşmanın baş tutmaması barədə məhkəməni məlumatlandırmaq həvalə edilir.

Hadisələrin sonrakı inkişafı barədə məlumat yoxdur.

KazTAG, “AviaNews”, “aeroflap.com.br”, “time.kz”, “ot-vinta.org" və “kz.kursiv.media”nın materialları əsasında

“Toplum TV”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Baş konsul: “Həlak olanlardan bəzilərinin meyiti tanınmaz haldadır”

26 Dekabr 2024

Toplum TV

Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı həlak olanlardan bəzilərinin meyitlərinin tanınmaz halda olduğunu bildirib (APA). “Bildiyiniz kimi, təyyarədə ekipaj üzvlərilə birlikdə 67 nəfər olub. Onlardan 38-i həlak olub, 26 nəfəri Azərbaycan vətəndaşıdır. Son məlumata görə, Azərbaycan vətəndaşlarından 16-sı sağ qalıb, 10-12 nəfərin vəziyyəti yaxşıdır, digərlərinin vəziyyəti ağır-stabil olaraq qalır. Çalışırıq ki, yaralıları Azərbaycana göndərək" - səfir belə deyib. Süleymanlının sözlərinə görə, şəxsiyyəti müəyyən edilənlərin cənazələri Vətənə göndəriləcək: “Təəssüf ki, bəzi meyitlər tanınmaz haldadır. Lazımi tibbi proseduralardan sonra həmin cənazələr də Azərbaycana göndəriləcək".
Ölkə

 

Aktauda baş verən qəzada həlak olanların siyahısı açıqlanıb

26 Dekabr 2024

APA

"Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yazınlığında qəzaya uğraması nəticəsində vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb. APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Seçilmiş Videolar

Toplum TV loqo