Siyasət

İctimai fəal Afiəddin Məmmədova 8 il həbs cəzası kəsildi

14 Yanvar, 2025
67

Afiəddin Məmmədov/şəxsi arxiv

Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “İşçi Masası”  Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiəddin Məmmədova hökm oxunub. Səfər Hüseynovu  bıçaqlamaqda təqsirləndirilən Məmmədov 8 il muddətinə azadlıqdan məhrum edilib. 

Ötən məhkəmə iclasında dövlət ittihamçısı Afiəddin Məmmədova qarşı irəli sürülmüş ittihamın məhkəmədə təsdiqini tapdığını əsas gətirərək ona 10 il həbs cəzası istəmişdi. Bu gün hakim də ittihamların sübuta yetirildiyini bildirib. 

Məmmədova gəlincə, o, özünü təqsirli bilmir. Məhkəmə başlayan gündən kuryerlərin hüquqlarını müdafiə etdiyi üçün şərləndiyini bildirir. Ötən məhkəmə iclasında son söz çıxışında həbsinə münasibət bildirərkən də  demişdi ki, Səfər Hüseynovu tanımır, həbsi sifarişlidir. 

Vəkil Zibeydə Sadıqova isə müvəkkilinin müdafiə hüquqlarının məhkəmə tərəfindən pozulmasından danışmışdı. Qeyd etmişdi ki, məhkəmə vəkilin vəsatətlərini təmin etməməklə müdafiə işini qurmasına süni əngəllər yaradıb. 

Məhkəmədən sonra vəkil Toplum TV-yə hökmdən apellyasiya şikayəti veriləcəyini deyib. 

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir. Cinayət işinin materiallarında iddia olunur ki, o, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə gedərkən Səfər Hüseynov adlı şəxslə toqquşub, aralarında mübahisə yaranıb. Bu zaman Məmmədov cibindən bıçaq çıxarıb və ona xəsarət yetirib.

Afiəddin Məmmədova Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib. 

O, ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasıyla əlaqədar avqustun 1-də keçirilən etiraz aksiyası zamanı saxlanılmış, 30 sutka inzibati həbs cəzası almışdı. 

Bir neçə gün sonra “İşçi Masa”sının digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs edilmişdilər.

"Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“2024-cü il repressiyaların və polis özbaşınalığının güclənməsi ilə yadda qaldı” - SMMM-nin illik hesabatı

14 Yanvar 2025

Mikroskopmedia

Siyasi Məhbusların Monitorinqi Mərkəzi Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair illik hesabat açıqlayıb. Hesabatda bildirilir ki, 2024-cü il Azərbaycanda "repressiyaların və polis özbaşınalığının güclənməsi" ilə yadda qalıb. Qeyd olunur ki, ölkədə siyasi məhbusların sayı ötən il 331-ə çatıb və onların arasında yenə də çoxluğu dindarlar təşkil edir. Bununla belə, ötən il həbs edilən ictimai-siyasi fəallar, media nümayəndələri, blogerlər və hüquq müdafiəçilərinin sayı da artıb. Hesabat müəlliflərinə görə, “5-ci kolon”un nümayəndələrini ovlayan” Daxili İşlər Nazirliyi öz işçilərinə “ən amansız hüquqlar" verib və burda söhbət fiziki haqq-hesab çəkməyə qədər gedib çıxır. “KİV-in məlumatına görə, polis həddindən artıq tədbirlərdən istifadə edib və cinayətlərdə şübhəli...
Siyasət

AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları “çox maraqlı məlumatlar verib” - Lavrov

14 Yanvar 2025

Kolllaj/Toplum Tv

Dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğramış AZAL-a məxsus sərnişin təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib. Bu haqda Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi illik mətbuat konfransında deyib (APA).  O, təyyarə qəzası ilə bağlı yayılan xəbərlərin “qara qutu”lardakı məlumatlarla faktiki olaraq təsdiqini tapmadığını söyləyib. Bu haqda geniş açıqlama verməyən nazir bildirib ki, təhqiqat başa çatana qədər gözləmək lazımdır.  Onun sözlərinə görə, rəsmi Moskva təyyarə qəzasının araşdırılmasında Azərbaycanın Rusiyanın iştirakını dəstəkləməsini yüksək qiymətləndirir. İki ölkənin münasibətlərinə toxunan Lavrov Moskva ilə Bakının istənilən məsələləri həll edə biləcəyini deyib və buna misal olaraq İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulması...

Seçilmiş Videolar

Toplum TV loqo