Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Af.mil
“Qadın jurnalistlərin çantaları kişilərin gözü qabağında alt paltarına kimi yoxlanılır”
Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan müttəhimlərdən biri burda baş verənlərin ictimailəşdirilməsini istəyib. Onun Toplum TV-yə göndərdiyi məktubda təcridxanada işgəncələrdən, müayinə otaqlarındakı şəraitsizlikdən, həkimlərin etinasızlığından, üstəlik burda saxlanılan qadın jurnalistlərin şəxsi həyatına sayğısızlıqdan danışılır.
O bildirir ki, noyabrın ortalarında adını bilmədiklərini bir Türkiyə vətəndaşının 2-ci korpusun birinci mərtəbəsində yerləşən karsda əllərini qandallayıb dörd nəfər döyüb.
“Bir neçə dəfə adam avazı çıxdığı qədər “İmdat, imdat! Yardım edin! Türk kardeşinizi dövüyorlar! Bir türke zulm ediyorlar!”qışqırırdı”.
Göndərilən məktubda Türkiyə vətəndaşının sonrakı aqibəti haqda heç nə deyilmir. Həmin şəxs jurnalistlərin bu məsələni ictimailəşdiməsini istəyir.
O, daha sonra BİT-in tibb məntəqəsindəki şəraitə toxunur:
“Müayinə otaqlarındakı çarpayılar və ümumi vəziyyət çox pisdir. Mələfələrdə qurumuş qan ləkələri, qara rəngdə müxtəlif ləkələr var. Oralarda sağalmağa gedən adam da xəstəlik tapar”.
Bundan başqa, gecə saatlarında həkimlərin müttəhimlərə etinasız yanaşdığını bildirir: “Gecə kiminsə halı pisləşəndə həkim yoxdur, gəlmir, yatır, ya olmur, ya da çox gec gəlir. Gələndə də çox vaxt heç nə etmir. Heç təzyiq ölçən aparatı da olmur. Bəzən “Narahat olası bir şey yoxdur, yat” deyib, çıxıb gedir”.
Nəhayət o, Bakı İstintaq Təcridxanasında saxlanılan qadın jurnalistlərlə bağlı bir nüansdan söz açır: “Qadın jurnalistlərə gələn çantalar kişilərin gözü qabağında alt paltarına kimi bir-bir nümayişkəranə yoxlanılır. Adları, soyadları deyilir”.
Sonda o qeyd edir ki, dekabrın 14-də 2024-cü il səhər 5 radələrində Bakı İstintaq Təcridxanasında saxlanılan ləğv edilmiş “Zaminbank” ASC-nin sahibi, iş adamı, artıq 4 il 6 aydan çoxdur ki, həbsdə olan Nadir İsmayılov infarkt keçirib.
“Vəziyyəti ağır olduğu üçün Təcridxanaya təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin rəyi əsasında Nadir İsmayılov xərəkdə daşınaraq xüsusi ayrılmış maşınla mərkəzləşdirilmiş xəstəxanaya təcili hospitalizasiya edilib. 15 dekabrda ölüm təhlükəsi səbəbindən həkimlərin tövsiyəsi ilə N. İsmayılov “Bona Dea” özəl xəstəxanasına köçürülüb. Ürəyindən əməliyyat edilib. Hazırda vəziyyəti ağır olduğuna görə müalicəsinin davam etdirilməli olduğu bildirilir”.
Toplum TV bütün səslənən iddialarla bağlı Penitensiar Xidmətə suallar ünvanlayıb. Qurumdan bu haqda açıqlama verəcəkləri deyilsə də, üstündən bir neçə gün keçsə də, cavab yoxdur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Amnesty International
açıq mənbədən götürülüb
Suriyada kim qalib gəldi?
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar