Foto: sosial media
Almaniyada yaşayan tənqidçi bloger Tural Sadıqlının həbsdə olan əmisi Elmir Sadıqova hökm oxunub.
T.Sadıqlının "Facebook" səhifəsində verdiyi xəbərə görə, oktyabrın 1-də Sabunçu Rayon Məhkəməsində keçirilən iclasda hakim Samirə Məmmədli E.Sadıqov haqqında 2 il yarım azadlıqdan məhrumetmə qərarı verib.
E.Sadıqov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah-sursat saxlama) maddəsilə təqsirli bilinib.
E.Sadıqov aprel ayında saxlanılıb. Cinayət işində iddia olunur ki, onun maşınından əl qumbarası tapılıb.
Qardaşı Əlövsət Sadıqlının "Facebook" səhifəsində bildirdiyinə görə, E.Sadıqov son sözə hazırlaşmaq üçün ona cəmi bir gün vaxt verildiyini və hazır olmadığını deyib. Hakimlər isə qərarı 2-3 dəqiqəlik müşavirədən sonra elan ediblər.
Ə.Sadıqlı qərarın siyasi sifariş olduğunu, qardaşının məhz T.Sadıqlının əmisi olduğuna görə həbs olunduğunu bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: sosial media
Foto: Əkinçi
Azərbaycanda iki fərmanla 10 dövlət qurumu ləğv edildi
Rüfət Səfərov hakimə: "Elə danışırsınız, sanki sonda ədalətli hökm verəcəksiniz"
Kimi aldadırsan, ay zalım oğlu?..
“Hakimiyyət təcridxana əməkdaşlarının əli ilə bizə hədə-qorxu gəlir”
Zahid Orucun əhalinin 94%-inin İlham Əliyevi dəstəklədiyini deyən mərkəzi bağlandı?