Zaqatalada məişət tullantıları poliqonu hər gün yanır.
Zaqatala rayonun mərkəzindən 8 km uzaqlıq yerləşən "Şimal-şərq" massivində böyük bir ərazi zibil poliqonu kimi istifadə olunur.
Ekoaktivist Kənan Xəlilzadə Toplum TV-yə bildirib ki, bu problemlə bağlı prezidentin də sərəncamı var:
"Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 637 nömrəli Sərəncamında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair proqram hazırlanmışdı. Bu problem 2022-ci ildə öz həllini tapmalı idi. Lakin bu problem hələ də qalmaqdadır."
İstehsalat və məişət tullantıları haqqında qanunun 12-ci maddəsində deyilir:
"Atmosferə zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasını qadağan edir".
Lakin bu poliqonda tullantılar çeşidlənmədən yandırlır.
Ekoaktivist bildirir ki, prezidentin sərəncamı icra olunmayıb, göydə qalıb:
"Başqa rayonlarda da vəziyyət belədir. Tullantılar çeşidlənmədən yandırılır. Prezidentin sərəncamı icra olunmur, göydə qalıb. Niyə icra olunmur? Bilmirəm".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək
Toplum TV
Toplum TV
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib