Ölkə

Azərbaycanın bir neçə xəbər saytına haker hücumu olub

20 Fevral, 2025
38

açıq mənbədən götürülüb

Azərbaycanda bir sıra xəbər saytlarının kütləvi haker hücumuna məruz qaldığı bildirilir.

Həmin saytların fəaliyyətində problemlər yaranıb, giriş məhdudlaşıb.

Hücuma məruz qalan KİV-lər “Global Media Group” MMC-nin tərkibinə daxil olan “Report” İnformasiya Agentliyi, “Oxu.az”, “Media.az”, “Baku.ws”, “Caliber.az” xəbər saytları, “Baku TV” internet televiziyası, eləcə də “Azpolitika.info” saytıdır.

Bu barədə “Global Media Group” açıqlama yayıb.

"Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.

Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.

Xüsusi qeyd etmək istərdik ki, bu adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur.

Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır", - açıqlamada qeyd olunub.

Hakerlər hücum etdikləri saytların əsas səhifələrini dəyişərək (deface) özünü “Azərbaycan İslam Müqavimət Hərəkatı” kimi ifadə edən “Hüseynçilər” adlandıran qrupun loqosunu yerləşdiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Nurlan Libre saxlanılıb

20 Fevral 2025

Nurlan Libre/şəxsi arxiv

Jurnalist Nurlan Librenin (Qəhrəmanlı) saxlanıdlığı deyilir. Məlumatı Daxili İşlər Nazirliyi təqsdiqləyib. DİN onun “Meydan TV işi“ ilə bağlı saxlanıldığı bildirim. Yaxınları deyirlər ki, Nurlan Libre bu gün günorta saatlarında Bakıda saxlanılaraq, Sumqayıta yaşadığı evə aparılıb.  Onun yaşadıığı evdə axtarış aparıldığı deyilir. Onun  məhkəməyə çıxarılacağı gözlənilir. Son il yarım ərzində Azərbaycanda 30-a yaxın jurnalist həbs olunub. Onların arasında “AbzasMedia”, “Toplum TV”, “Kanal 13”, “Meydan TV” və digər media orqanlarının əməkdaşları var.
Ölkə

BBC-nin Bakıdakı jurnalist komandası işini dayandırıb

20 Fevral 2025

BBC

Azərbaycan hökuməti BBC News Azərbaycancanın Bakıda fəaliyyətinin dayandırılmasına göstəriş verib. BBC bu gün yaydığı bəyanatında bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədə ofisini bağlamaqla bağlı "könülsüz qərar" qəbul edib. ''Biz mətbuat azadlığına qarşı bu məhdudlaşdırıcı addımdan dərin təəssüf hissi keçiririk’’, - BBC-nin sözçüsü qərar belə şərh edib. BBC bəyan edib ki, bu qərar Azərbaycana və Azərbaycandan xəbər verilməsi fəaliyyətinə əngəl yaradacaq. Azərbaycanda dövlətin nəzarətində olan mediada BBC Azərbaycancanın fəaliyyətini dayandırması barədə xəbərlər yayılıb və xəbərlərdə bu, BBC Azərbaycanca əməkdaşlarının sayının bir nəfərə endirilməsi tələbilə izah olunub. Media qurumu bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən hökumətin qərarını şərh...

Seçilmiş Videolar

Toplum TV loqo