açıq mənbədən götürülüb
Aprelin 16-sı Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində iki nəfər batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, həmin şəxslərin meyitlərinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub:
"Müraciətlə əlaqədar FHN-in dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində iki nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib".
Meyiti tapılan şəxslər Şirvan şəhər sakini 59 yaşlı Nurməmməd Məmmədov və Salyan rayon sakini 63 yaşlı Etibar Nağıyevdir.
Onların “Siyəzən Oil” neft şirkətinin əməkdaşları olduğu bildirilir. İlkin məlumata görə, hər 2 şəxs işə gedən zaman selə düşüb.
Son günlər yağan yağışlar Azərbaycanın bir çox bölgəsində fəsadlara və insan itkisinə səbəb olub.
Aprelin 16-da Ağsu rayonunda sel suları ekskavatoru aşırıb, hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Ötən il oktyabrın 21-22-də paytaxtda yağan yağışdan sonra Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə 2 şəxs həyatını itirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
sosial media