Ölkə

Almaniya 37 Azərbaycan vətəndaşını geri qaytarıb

28 Noyabr, 2024
14

Globalinfo

Azərbaycanla Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş çərçivəsində Almaniyada yaşayan 37 Azərbaycan vətəndaşı geri qaytarılıb. 

Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilir ki, Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan  vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində tədbirlər həyata keçirir.

Bundan öncə də bir neçə dəfə Almaniyada yaşayan Azərbaycan vətəndaşları ölkəyə qaytarılıb. Onların arasında müxalifət partiyalarının üzvləri, ictimai fəallar da olub. Qaytarılanların bəziləri, xüsusən də müxalifətçilər müxtəlif cinayətlərdə ittiham olunaraq azadlqıdan məhrum ediliblər.

Yerli hüquq müdafiəçiləri Azərbaycan hakimiyyətinin onları cəzalandıracağını bildiyi halda həmin şəxsləri geri göndərdiyinə görə Almaniyanı qınayıblar.  

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Yeni ildə 7 gün iş olmayacaq

28 Noyabr 2024

açıq mənbədən götürülüb

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Yeni ildə ardıcıl 7 gün iş olmayacaq. Dekabrın 30-da başlanan bayram tətili yanvarın 6-dək davam edəcək.    
Ölkə

Tovuzdakı qəzada 5 hərbçi, 1 mülki şəxs həlak olub

28 Noyabr 2024

yenicag

Bakı-Qazax avtomagistralının Tovuzdan keçən hissəsində “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nətisində altı nəfər həlak olub. Müdafiə Nazirliyi yol qəzasında ölənlərdən beşinin hərbçi olduğunu bildirir. Nazirlikdən deyilir ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində həlak olanlar baş gizir Ruslan Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Qabil Alıyev, çavuş Bəhlul Əliyev, çavuş Qələndər Əhmədov və kiçik çavuş Turan Mehdiyevdir.  Hadisə zamanı qəzada həlak olan hərbçilərin Kəlbəcərdə xidmət etdikləri bildirilir. Ətraflı Hadisə zamanı həyatını itirən mülki şəxs Elmar Həsənovun  13 yaşlı oğlunun isə ağır bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi...

Seçilmiş Videolar

Toplum TV loqo