DTX hərbi attaşenin 70 kq qızılı kimlərlə və neçə keçirməsi haqda məlumat yayıb
Qafqazinfo
Dövlət Təhlükəsizliyi Xidməti Türkiyədə 70 kq qızılla saxlanıldığı deyilən ABŞ-dakı hərbi attaşe, polkovnik leytenant Qəhrəman Məmmədov haqqında məlumat yayıb.
Qəhrəman Məmmədovun digər Azərbaycan vətəndaşı Anar Qasımov və xarici ölkə vətəndaşları ilə sövdələşərək Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib, məlumatda deyilir.
Qeyd olunur ki, Q.Məmmədov noyabrın 22-də Birləşmiş Ştatlardan Türkiyəyə gəlib, həmin gün Anar Qasımov tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilmiş və İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb.
Onun diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən istifadə etməklə, hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirdiyi, onları Anar Qasımova təhvil vermək üçün taksi ilə hərəkət edərkən Türkiyə polisi tərəfindən saxlanıldığı, çantadan 10.220.900 (on milyon iki yüz iyirmi min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edildiyi bildirilir.
DTX-nın məlumatına görə, araşdırmalar nəticəsində hava limanındakı saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.
Qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov da Türkiyədə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub, xəbərdə deyilir.
Qəhraman Məmmədov Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Hərbi məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Sosial Media Hesabı
azərtac
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Gələn il yanacağın qiyməti yenidən arta bilər -EKSKLÜZİV
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri