Ölkə

Rüfət Səfərov xuliqanlıq və dələduzluqda şübhəli bilinir (Yenilənir)

3 Dekabr, 2024
32

Sosial Media Hesabı

Rüfət Səfərov Cinayət Məcəlləsinin 221.1(xuliqanlıq) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə şübhəli şəxs qismində saxlanılıb. Bu haqda Toplum TV-yə onun vəkili Bəhruz Bayramov deyib.

Vəkilin sözlərinə görə, 48 saat ərzində ya ona ittiham verilərək məhkəməyə çıxarıla bilər ya da sərbəst buraxılmalıdır. 

***

Hüquq müdafişəçisi Rüfət Safarov saxlanılıb. Vəkili Elçin Sadıqov deyir ki, hazırda o dindirilir.

“Həbs edib gətiriblər Binəqədi Rayon Polis İdarəsinə. Özü deyir ki, avtomobilini qarajda saxlarkən tanımadığı şəxs ona hücum edib, daha sonra işdə şahid qismində çıxış edəcək polislər tökülüşüblər. İndi onu gətiriblər idarəyə. Həmin şəxs də bildirib ki, Rüfətin atasından torpaq alıb, 58 min manata. Guya sonra da torpağın ikinci hissəsini almaq üçün Rüfətə pul verib. Amma Rüfətlə görüşməyiblər, Rüfət deyir ki, həmin adamı  görməmişəm, tanımıram”, Elçin Sadıqov bildirir.

Vəkilin sözlərinə görə, Rüfət Səfərov saxlanılmasını iki gün sonra ABŞ-da hüquq müdafiəçisi kimi mükafat alması ilə əlaqələndirir.

“O, ABŞ Dövlət Departamenti tərəfindən mükafata layiq görülüb. İki gün sonra ABŞ dövlət katibi cənab Blinken ona mükafat təqdim etməlidyidi. Deyir ki, bundan xəbər tutan Azərbaycan hakimiyyəti onunla bağlı uydurma cinayət işini düzüb-qoşub”.

Rüfət Səfərovun anası Tahirə Tahirqızı da belə bir hadisəni gözlədiklərini deyir.

Az öncə Rüfət Səfərovun adından Facebookda paylaşım edilib. O, iki gün sonra ABŞ-a getməli olduğunu, ilin hüquq müdafiəçisi kimi mükafata layiq görüldüyünü yazır. Buna görə ABŞ-ın Azərbaycandakı səfirinə və namizədliyini dəstəkləyən ABŞ Dövlət Katibi Entoni Blinkenə  təşəkkür edir.

“Rəsmi Bakı mənim həmin mükafatı almağımın qarşısını almaq və hüquq müdafiəçiliyimə görə məni cəzalandırmaq məqsədiylə məni həbs etdi”.

Səfərov sonda ağır parkinson xəstəsi olan və yenicə əməliyyatdan çıxan  atasının həyatının tükdən asılı olduğunu yazır və azadlığa çıxana qədər atasının onu gözləməsini xahiş edir.

***

Hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanıldığı deyilir. Daxili İşlər Nazirliyindən Toplum TV-yə onun  Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsində olduğunu təsdiqləyiblər. 

DİN-dən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub. Bununla bağlı araşdırma aparılır.

Onun saxlanılması barədə əlavə məlumat almaq mümkün olmayıb.

R.Səfərov hüquq müdafiəçisi kimi həbsdəki siyasi-ictimai faəlların, jurnalistlərin hüquqlarının pozulmasını daim diqqətdə saxlayır, hakimiyyətin insan hüquqları sahəsindəki siyasətinin tənqidçisi kimi tanınır. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Sumqayıtda və Novxanıda partlayış olub, xəsarət alanlar var

3 Dekabr 2024

azərtac

Baş Prokurorluqla FHN birgə məlumat yaydı Dekabrın 3-də saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 9-cu binada partlayış baş verib, 3 nəfərin xəsarət aldığı deyilir.   TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunublar. “1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır. Təcili tibbi yardım briqadaları hadisə yerindədir”, TƏBİB-dən bildirilir. Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayevin sözlərinə görə, dağıntılar arasında qalanların olması...
Ölkə

DTX hərbi attaşenin 70 kq qızılı kimlərlə və neçə keçirməsi haqda məlumat yayıb 

29 Noyabr 2024

Qafqazinfo

Dövlət Təhlükəsizliyi Xidməti Türkiyədə 70 kq qızılla saxlanıldığı deyilən ABŞ-dakı hərbi attaşe, polkovnik leytenant Qəhrəman Məmmədov haqqında məlumat yayıb. Qəhrəman Məmmədovun digər Azərbaycan vətəndaşı Anar Qasımov və xarici ölkə vətəndaşları ilə sövdələşərək Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib, məlumatda deyilir.  Qeyd olunur ki, Q.Məmmədov noyabrın 22-də Birləşmiş Ştatlardan Türkiyəyə gəlib, həmin gün Anar Qasımov tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilmiş və İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb. Onun diplomatik pasportdan və...

Seçilmiş Videolar

Toplum TV loqo