Ölkə

DTX hərbi attaşenin 70 kq qızılı kimlərlə və neçə keçirməsi haqda məlumat yayıb 

29 Noyabr, 2024
83

Qafqazinfo

Dövlət Təhlükəsizliyi Xidməti Türkiyədə 70 kq qızılla saxlanıldığı deyilən ABŞ-dakı hərbi attaşe, polkovnik leytenant Qəhrəman Məmmədov haqqında məlumat yayıb.

Qəhrəman Məmmədovun digər Azərbaycan vətəndaşı Anar Qasımov və xarici ölkə vətəndaşları ilə sövdələşərək Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib, məlumatda deyilir. 

Qeyd olunur ki, Q.Məmmədov noyabrın 22-də Birləşmiş Ştatlardan Türkiyəyə gəlib, həmin gün Anar Qasımov tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilmiş və İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb.

Onun diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən istifadə etməklə, hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirdiyi, onları Anar Qasımova təhvil vermək üçün taksi ilə hərəkət edərkən Türkiyə polisi tərəfindən saxlanıldığı, çantadan 10.220.900 (on milyon iki yüz iyirmi min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edildiyi bildirilir. 

DTX-nın məlumatına görə, araşdırmalar nəticəsində hava limanındakı saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib. 

Qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov da Türkiyədə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub, xəbərdə deyilir. 

Qəhraman Məmmədov Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Hərbi məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Rüfət Səfərov xuliqanlıq və dələduzluqda şübhəli bilinir (Yenilənir)

3 Dekabr 2024

Sosial Media Hesabı

Rüfət Səfərov Cinayət Məcəlləsinin 221.1(xuliqanlıq) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə şübhəli şəxs qismində saxlanılıb. Bu haqda Toplum TV-yə onun vəkili Bəhruz Bayramov deyib. Vəkilin sözlərinə görə, 48 saat ərzində ya ona ittiham verilərək məhkəməyə çıxarıla bilər ya da sərbəst buraxılmalıdır.  *** Hüquq müdafişəçisi Rüfət Safarov saxlanılıb. Vəkili Elçin Sadıqov deyir ki, hazırda o dindirilir. “Həbs edib gətiriblər Binəqədi Rayon Polis İdarəsinə. Özü deyir ki, avtomobilini qarajda saxlarkən tanımadığı şəxs ona hücum edib, daha sonra işdə şahid qismində çıxış edəcək polislər tökülüşüblər. İndi onu gətiriblər idarəyə. Həmin şəxs də bildirib ki, Rüfətin atasından torpaq alıb, 58...
Ölkə

Sumqayıtda və Novxanıda partlayış olub, xəsarət alanlar var

3 Dekabr 2024

azərtac

Baş Prokurorluqla FHN birgə məlumat yaydı Dekabrın 3-də saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 9-cu binada partlayış baş verib, 3 nəfərin xəsarət aldığı deyilir.   TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunublar. “1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır. Təcili tibbi yardım briqadaları hadisə yerindədir”, TƏBİB-dən bildirilir. Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayevin sözlərinə görə, dağıntılar arasında qalanların olması...

Seçilmiş Videolar

Toplum TV loqo