Ölkə

Ekoloji sistemə zərər vuranlar 10 ildən 15 ilədək həbs edilə bilər

18 Noyabr, 2024
22

milli.az

 Ekoloji sistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllər 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Bu Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb (APA).

Söhbət ondan gedir ki, Cinayət Məcəlləsinə əlavə edilən yeni 104-1-ci maddəyə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda şəxs azadlıqdan məhrum ediləcək. Bu zaman onu 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyəcək.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Hərbi qulluqçunun qəfil vəfat etdiyi bildirilir

21 Noyabr 2024

həftəlik.az

Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Tağıyev vəfat edib.  Müdafiə Nazirliyindən verilən məlumata görə, səhhəti qəfil pisləşən hərbçi tibb müəssisəsinə təxliyə edilərkən yolda həyatını itirib. Faktla bağlı araşdırma aparıldığı bildirlir. Bəhri Tağıyevin Kəngərli rayonunun Xok kəndində dəfn olunduğu deyilir. O, ailəli idi, 5 yaşlı oğlu var.    
Ölkə

“Vətəndaş A” serialına görə İTV-yə xəbərdarlıq edildi

21 Noyabr 2024

azad.media

Audiovizual Şurası "İTV" kanalına xəbərdarlıq edib. Buna səbəb kimi "Vətəndaş A" serialında personajların qeyri-etik sözlər  səsləndirməsi göstərilir.  Qurumun açıqlamasında qeyd edilir ki, serialın yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmayıb.   Şura hesab edir ki, bununla da, “Media haqqında” Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulub. Şura bir daha bu cür halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə xəbərdarlıq edib. “Vətəndaş A” serialı dramaturq Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilib.  Serialda səslənən bəzi fikirlər sosial mediada...

Seçilmiş Videolar

Toplum TV loqo