azpolitika
Xaçmaz Rayon Məhkəməsinin sədri Xıdır Quliyev və həmin məhkəmənin hakimi Nərmin Abiyeva “7Times.az” xəbər saytının təsisçisi və baş redaktoru Cəlal Fərzəliyevi xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmə sədri və hakim iddia edir ki, jurnalist onlara böhtan atıb və onun həbsini tələb edirlər.
C.Fərzəliyevin məhkəməyə verilməsinə səbəb bu il oktyabrın 23-də “7Times.az” xəbər saytında, eyni adlı Youtube kanalında Xaçmaz rayon sakini Böyükağa Cəbrayılovun Prezident İlham Əliyevə videomüraciətinin yerləşdirilməsi olub. Həmin videomüraciətdə vətəndaş məhkəmə sədrinin və hakimin ondan 6 min manat rüşvət aldığını iddia edir.
Bununla da məhkəmə sədri və hakim hesab edib ki, ağır cinayətdə ittiham edilməklə şərəf və ləyaqətləri ləkələnib, nüfuzlarına xələl gəlib. Buna görə də xüsusi ittiham qaydasında ərizə verərək jurnalist Cəlal Fərzəliyevin cəzalandırılmasını tələb edirlər.
Həmin işə Xaçmaz rayon Məhkəməsində elə jurnalisti məhkəməyə vermiş hakim Nərmin Abıyeva baxacaq, iş onun icraatına verilib.
Noyabrın 7-də ilkin hazırlıq iclasında hakim və məhkəmə öz-özünə etiraz verib. Hakim bu qərarı özünün və məhkəmə sədrinin xüsusi ittihamçı olması ilə əsaslandırıb. Etiraz Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
həftəlik.az
azad.media
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?