Siyasət

10 insan haqları təşkilatı Beynəlxalq Hakimlər Assosiasiyasını Azərbaycana qarşı addım atmağa çağırıb

11 Oktyabr, 2025
53

Foto: açıq mənbədən götürülüb

10 beynəlxalq insan haqları təşkilatından ibarət koalisiya Beynəlxalq Hakimlər Assosiasiyasının (BHA) 11-17 oktyabr tarixlərində Bakıda keçiriləcək illik toplantısı ərəfəsində assosiasiyaya məktub ünvanlayıb. 

Təşkilatlar assosiasiyanı Azərbaycanda "məhkəmə sisteminin müstəqil olmaması və davam edən repressiyalarla bağlı ciddi qətnamə" qəbul etməyə çağırıblar. 

Məktuba imza atan təşkilatlar "Azərbaycanda Repressiyalara Son Kampaniyası", Avropa İnsan Hüquqları Müdafiəsi Mərkəzi, Demokratik Seçkilər üçün Avropa Platforması, Avropa Mübadiləsi, "Freedom Now", Müstəqil Vəkillər Şəbəkəsi, Norveç Helsinki Komitəsi, Açıq Azərbaycan Təşəbbüsü, "People in Need" və Beynəlxalq Hüquqşünaslar Komissiyasıdır. 

Məktuba imza atan təşkilatlar vurğulayırlar ki, Azərbaycanın məhkəmə sistemi icraedici hakimiyyətin "ciddi təsiri altında" fəaliyyət göstərir və bu da siyasi motivli cinayət təqiblərinə və müxalifətə qarşı genişmiqyaslı təzyiqlərə şərait yaradır. Onların xəbərdarlığına görə, bu cür "müstəqillik çatışmazlığı insan haqlarını və qanunun aliliyini birbaşa şəkildə sarsıdır".

"Bu çağırış mühüm bir məqamda edilir: BHA Bakıda keçiriləcək toplantıya hazırlaşarkən həm birbaşa dialoq imkanı, həm də Azərbaycanın ədalət sistemi ilə bağlı reallığı dəyərləndirmək məsuliyyəti ilə üz-üzədir.

BMT və Avropa Şurası qurumlarının, eləcə də yerli vətəndaş cəmiyyəti təşkilatlarının hesabatları davamlı şəkildə məhkəmə təqiblərini, işgəncələri, siyasi motivli ittihamları və ədalətli məhkəmə təminatının sistemli şəkildə pozulmasını sənədləşdirir. Azərbaycan insan haqları təşkilatlarının məlumatına görə, bu il ölkədə siyasi məhbusların sayı 375-ə çatıb və son aylarda onlarla yeni şəxs hədəfə alınıb. Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə müəyyən edib ki, Azərbaycan məhkəmələri əsassız həbslərə qarşı müdafiə təmin etmir və çox vaxt ittiham tərəfinin iradəsini təsdiqləmək üçün sadəcə “möhür” funksiyası daşıyır", - deyə çağırışda bildirilir. 

Təşkilatlar məktubda BHA-nın bir sıra addımları atmasına çağırış edir. Bu addımlara yerli məhkəmələrə icraedici hakimiyyətin müdaxiləsini qınamaq, məhkəmə orqanlarının repressiv qanunları bacarığının olmamasını pisləmək, 

Azərbaycanı beynəlxalq monitorinq qurumları ilə əməkdaşlıq etməyə və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tam şəkildə icra etməyə çağırmaq, Azərbaycanın pozuntularını rəsmi şəkildə araşdırmaq üçün BHA-nın daxili monitorinq mexanizmlərini işə salmaq daxildir. 

Təşkilatlar bildirirlər ki, BHA tərəfindən qəbul ediləcək qətnamə "ədalətsiz şəkildə həbs olunanlara həmrəylik siqnalı" göndərər və Azərbaycanda "hüquq peşəsinin müstəqilliyinə dəstək üçün mühüm addım" olar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ərdoğan: Türkiyə Qəzzada atəşkəsi monitorinq edəcək işçi qrupunda yer alacaq

10 Oktyabr 2025

Foto: Reuters

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və HƏMAS qruplaşması arasında əldə olunan Qəzzada atəşkəs razılaşması haqda danışıb.  Razılaşmadan məmnunluğunu ifadə edən Ərdoğan bildirib ki, Türkiyə atəşkəs sazişinin icrasına nəzarət edəcək işçi qrupunun tərkibində təmsil olunacaq. Ərdoğan oktyabrın 9-da verdiyi bəyanatda, həmçinin, bildirib ki, ölkəsi Qəzzanın “yenidən ayağa qaldırılması üçün” bərpa işlərinə dəstək göstərəcək. Türkiyə xarici işlər naziri Hakan Fidan da Fransada Qəzza mövzusunda keçirilən yüksək səviyyəli iclasdan sonra işçi qrupunun fəaliyyətinə dair açıqlama verib. Fidan bildirib ki, əsasən vasitəçi ölkələrdən ibarət olacaq bu işçi qrupu “razılaşmanın müvafiq maddələrinin icrasında öz üzərinə düşən vəzifələri yerinə yetirəcək.”  "Hazırda müəyyən edilmiş vəzifələr yoxdur....
Siyasət

Almaniyadan daha 40 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb

10 Oktyabr 2025

Foto: Sebastian Willnow

Oktyabrın 9-da 40 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qaytarılıb. Dövlət Miqrasiya Xidmətinin oktyabrın 10-da yaydığı məlumata görə, bu proses “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib. Qurum bildirib ki, Readmissiya üzrə İşçi Qrup geri qaytarılan şəxslərin üzləşdikləri problemlərin operativ həlli və onların cəmiyyətə sosial-iqtisadi reinteqrasiyasını təmin etmək məqsədilə müvafiq tədbirlər görür. Almaniyadan deportasiya olunan şəxslərin adları açıqlanmayıb. Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən, 2020–2024-cü illər ərzində Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində 16 ölkədən ümumilikdə 1 696 nəfər geri qaytarılıb.  Bu ilin əvvəlindən isə readmissiya olunanların sayı artıq 200 nəfəri keçib.

Seçilmiş Videolar

Toplum TV loqo