Siyasət

Almaniyadan daha 40 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb

10 Oktyabr, 2025
38

Foto: Sebastian Willnow

Oktyabrın 9-da 40 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qaytarılıb.

Dövlət Miqrasiya Xidmətinin oktyabrın 10-da yaydığı məlumata görə, bu proses “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.

Qurum bildirib ki, Readmissiya üzrə İşçi Qrup geri qaytarılan şəxslərin üzləşdikləri problemlərin operativ həlli və onların cəmiyyətə sosial-iqtisadi reinteqrasiyasını təmin etmək məqsədilə müvafiq tədbirlər görür.

Almaniyadan deportasiya olunan şəxslərin adları açıqlanmayıb.

Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən, 2020–2024-cü illər ərzində Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində 16 ölkədən ümumilikdə 1 696 nəfər geri qaytarılıb. 

Bu ilin əvvəlindən isə readmissiya olunanların sayı artıq 200 nəfəri keçib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ərdoğan: Türkiyə Qəzzada atəşkəsi monitorinq edəcək işçi qrupunda yer alacaq

10 Oktyabr 2025

Foto: Reuters

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və HƏMAS qruplaşması arasında əldə olunan Qəzzada atəşkəs razılaşması haqda danışıb.  Razılaşmadan məmnunluğunu ifadə edən Ərdoğan bildirib ki, Türkiyə atəşkəs sazişinin icrasına nəzarət edəcək işçi qrupunun tərkibində təmsil olunacaq. Ərdoğan oktyabrın 9-da verdiyi bəyanatda, həmçinin, bildirib ki, ölkəsi Qəzzanın “yenidən ayağa qaldırılması üçün” bərpa işlərinə dəstək göstərəcək. Türkiyə xarici işlər naziri Hakan Fidan da Fransada Qəzza mövzusunda keçirilən yüksək səviyyəli iclasdan sonra işçi qrupunun fəaliyyətinə dair açıqlama verib. Fidan bildirib ki, əsasən vasitəçi ölkələrdən ibarət olacaq bu işçi qrupu “razılaşmanın müvafiq maddələrinin icrasında öz üzərinə düşən vəzifələri yerinə yetirəcək.”  "Hazırda müəyyən edilmiş vəzifələr yoxdur....
Siyasət

Putin: AZAL təyyarəsi çox güman ki, Rusiya səmasının müdafiəsi zamanı zədələnib 

9 Oktyabr 2025

Foto: Azərtac

Oktyabrın 9-da Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Rusiya prezidenti Vladimir Putin ötən ilin dekabrında qəzaya uğramış AZAL təyyarəsinin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən zədələndiyini etiraf edib.  Putin görüşün mətbuat üçün açıq hissəsinə məhz təyyarə qəzası haqqında danışaraq başlayıb.  O bildirib ki, həmin gün Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynanın üç pilotsuz uçuş aparatını hədəfə alıb, daha sonra isə iki raket atıb və onlar “AZAL-a məxsus təyyarədən bir neçə metr məsafədə partlayıb”. Putin əlavə edib ki, təyyarə “çox güman ki, birbaşa mərmidən deyil, qəlpə parçalarından” zədələnib. Onun sözlərinə görə, ekipaja Maxaçqalada eniş etmək imkanı təklif olunub, lakin onlar nəticədə...

Seçilmiş Videolar

Toplum TV loqo