Siyasət

AŞPA prezidenti: “Biz nə İlham Əliyevdən, nə də özünü diktator kimi aparanlardan qorxuruq”

14 Aprel, 2025
979

VOA

"Heç kim Avropa Şurasını şantaj edə bilməz”

"İlham Əliyevin Avropa Şurası ilə bağlı bəyanatları Azərbaycan nümayəndə heyətinin Assambleyadakı səlahiyyətlərindən məhrum edilməsinin ədalətli olduğunu təsdiqləyir”.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulos “Alpha News”-a müsahibəsində belə deyib.

"İki gün əvvəl Əliyev mükəmməl ingilisсəsi ilə bəyanat verdi. Qeyd etməliyəm ki, eşitdiyimə görə, bu, yerli auditoriyaya ünvanlanıb. Bilmirəm, ingilis dili Azərbaycanda rəsmi dildirmi, inanmıram. Bu, daha çox yerli auditoriya üçün deyil, başqaları, xüsusən də Avropa Şurası üçün nəzərdə tutulmuşdu. O, hörmətdən kənar tərzdə Avropa Şurasını vecinə almadığını, onun bizə ehtiyacından çox bizim ona ehtiyacımızın olduğunu, dünyanın dəyişdiyini deyib. O bildirib ki, Avropa Şurası Dağlıq Qarabağa və ölkəsinin qazandığı müharibəyə görə Azərbaycan nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək qərarına gəlib”.

Russopulos bu çıxışla razılaşmayaraq onu “tamalilə yalan” adlandırıb:

“Biz Azərbaycan hakimiyyətindən əvvəlcə məruzəçilərimizin Laçın dəhlizinə, Dağlıq Qarabağa getməsinə icazə verməsini xahiş etmişik. Sonra biz Azərbaycan hakimiyyətindən müşahidəçilərimizə ölkədə keçirilən seçkiləri izləməyə icazə vermələrini xahiş etdik. Biz məruzəçilərə Əliyevin həbsdə olan siyasi opponentlərinə baş çəkmələrinə icazə verilməsini də xahiş etmişik. Bildiyiniz kimi, Əliyevin siyasi rəqiblərini həbs etmək vərdişi var. Onlar heç vaxt zənglərimizə cavab vermədilər, bizi həmişə rədd etdilər”.

AŞPA prezidenti deyib ki, Azərbaycan tərəfi iki ildir qanunun aliliyinə, insan hüquqlarına hörmət etməkdən imtina edir və Avropa Şurasının tələblərinə hörmət etmir.

Buna görə də “Assambleya haqlı olaraq Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək” qərarına gəlib.

Teodoros Russopulos İlham Əliyevin Avropa Şurasına əhəmiyyət verməməsini deməsini onun şəxsi fikri adlandırıb:

“Mən bu barədə şərh vermək fikrində deyiləm. Əvvəllər etdiyim kimi bu məsələni səfirlər və baş nazir qarşısında qaldıracağam. Mən Azərbaycanın nümayəndə heyətinin geri qaytarılması üçün çox səy göstərmişəm, qanunun aliliyinin, demokratik prosedurların qorunmasından, insan hüquqlarının qorunmasından danışmışam. Onlar isə buna əməl etmədilər”.

Qurum rəhbərinin sözlərinə görə, nümayəndə heyəti əvvəlcə tədbir görəcəklərini desələr də, etməyiblər.

“Bir məhbusu azad etdilər, sonra digərlərini həbs etdilər. Bundan sonra assambleya üzərinə düşəni etdi və ədalətli olaraq nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etmədi. Əliyevin bugünkü açıqlamaları da bunu təsdiqləyir. Biz peşman deyilik və düzgün hərəkət etdiyimizə inanırıq", o qeyd edib.

Russopulos İlham Əliyevin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasından imtina etmək ultimatumuna da toxunub:

"Heç kim Avropa Şurasını şantaj edə bilməz. Avropa Şurası belə bəyanatlardan qorxmur. Çünki Avropa Şurası öz Assambleyasında qanunun aliliyinə, insan haqlarına və demokratik prosedurlara uyğun qərarlar qəbul edib və qəbul etməkdə davam edir”.

O, yanvar sessiyasından sonra nazirlərə müraciət edərək bəzi ölkələrin İnsan Hüquqları Məhkəməsindən çıxacaqlarını dediyini xatırladıb.

“Üç ay keçməmiş Əliyev mənim bu qorxumu təsdiqlədi. Qorxu sözünü mötərizədə yazın, çünki biz heç nədən qorxmuruq, nə Əliyevdən, nə də özünü diktator kimi aparanlardan. Assambleyanın mövqeyi çox aydındır: biz qərara gəldik ki, üzv dövlətlərimizdən heç biri “mən qaydalara hörmət etmirəm, mən həmin qurumdan, institusional qurumdan və ya digər institusional qurumdan istefa verəcəyəm” deyə bilməz”, o deyib.

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” adlı forumda çıxış edərkən bildirib ki, Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları tanımayacaq. 

O, bunu Azərbaycanın nümayəndə heyətinin ötən il Avropa Şurası Parlamentlər Assambleyasından (AŞPA) kənarlaşdırılması haqda suala cavab verərkən səsləndirib. 

Əliyev deyib ki, əgər nümayəndə heyəti Assambleyanın iclaslarında iştirak etmirsə və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq. 

AŞPA sədrinin bu dediklərinə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi qurumun 76 üzvünün, eləcə də Teodoros Rusopulosun adını qara siyahıya salıb.

“Ölkəmizin rəhbərini “diktator” adlandırmaq heç bir çərçivəyə sığmır, siyasi mədəniyyətsizlik və nadanlıqdır. Rusopulos Azərbaycana soxularsa, rədd ediləcəkdir”, XİN bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“QHT işi” niyə yenidən açıldı?

15 Aprel 2025

Toplum TV

Azərbaycan hökuməti jurnalist və fəallara qarşı aparılan həbslər fonunda qeyri-hökumət təşkilatlarına qarşı köhnə cinayət işini yenidən açıb.  İlk dəfə 2014-cü ildə başladılan, çoxsaylı həbslərə və xeyli QHT-nin bağlanmasına səbəb olan “QHT işi”nə 2023-cü ilin iyununda xitam verilmişdi.  Bu ilin martında isə iş yenidən açılıb, 5 nəfər haqda həbs qətimkan tədbiri seçilib, bir neçə nəfər polis nəzarətinə verilib, bəziləri barəsində axtarış elan edilib.  Ümumilikdə isə 50-dən çox şəxs istintaqa cəlb olunub.  “QHT işi nədir?  “QHT işi”-nin 2014-cü ilin oktyabrında başladığını demək olar. Həmin vaxt Milli Məclis “Qrant haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlara əlavə və dəyişikliklər etdi....
Siyasət

4 Orta Asiya dövləti Türkiyəni “işğalçı” elan etdi

15 Aprel 2025

Toplum TV/kollaj

Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini dəstəkləyərək Türkiyəni Kiprdə "işğalçı güc" olaraq rəsmən tanıdılar. Bunlar Özbəkistan, Qazaxıstan və Türkmənistanın Şimali Kipr Türk Respublikasında (ŞKTR) Yunanıstan rəhbərliyini tanıyaraq, ora səfir təyin etmələrinin əks-sədası davam etməsi fonunda baş verib. Bu addım Avropa İttifaqının Mərkəzi Asiya üçün açıqladığı 12 milyard avroluq investisiya paketindən sonra atılıb. Dörd ölkənin imzaladığı 541 saylı qərarda ŞKTR-nın elan olunması qınanır, hüquqi cəhətdən etibarsız sayılır və digər dövlətlərə ŞKTR-ı tanımamaq və yalnız Rum administrasiyasını tanımaq çağırışı edilir. 550 saylı qərara görə isə, Türkiyə Cümhuriyyəti ilə ŞKTR arasında qarşılıqlı səfir təyinatı...

Seçilmiş Videolar

Toplum TV loqo