Siyasət

4 Orta Asiya dövləti Türkiyəni “işğalçı” elan etdi

15 Aprel, 2025
562

Toplum TV/kollaj

Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini dəstəkləyərək Türkiyəni Kiprdə "işğalçı güc" olaraq rəsmən tanıdılar.

Bunlar Özbəkistan, Qazaxıstan və Türkmənistanın Şimali Kipr Türk Respublikasında (ŞKTR) Yunanıstan rəhbərliyini tanıyaraq, ora səfir təyin etmələrinin əks-sədası davam etməsi fonunda baş verib.

Bu addım Avropa İttifaqının Mərkəzi Asiya üçün açıqladığı 12 milyard avroluq investisiya paketindən sonra atılıb.

Dörd ölkənin imzaladığı 541 saylı qərarda ŞKTR-nın elan olunması qınanır, hüquqi cəhətdən etibarsız sayılır və digər dövlətlərə ŞKTR-ı tanımamaq və yalnız Rum administrasiyasını tanımaq çağırışı edilir.

550 saylı qərara görə isə, Türkiyə Cümhuriyyəti ilə ŞKTR arasında qarşılıqlı səfir təyinatı “separatçı və qeyri-qanuni hərəkət” kimi pislənir və ləğvi tələb olunur.

Həmçinin bütün ölkələri “bu separatçı addımı tanımamağa, dəstəkləməməyə və ya yardım etməməyə” çağırılır.

Kipr problemi 1974-ci ildə yaranıb.Yunanların dəstəklədiyi çevrilişə görə Türkiyə adanın şimal hissəsinə müdaxilə edib və ada iki hissəyə bölünüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Fazil Mustafaya sui-qəsd işi ilə bağlı daha bir nəfərə hökm oxunub 

13 Noyabr 2025

Foto: açıq mənbə

Milli Məclisin üzvü Fazil Mustafaya qarşı 2023-cü ildə baş vermiş sui-qəsd cəhdi ilə bağlı daha bir nəfərə hökm oxunub.  Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə Əbülfəz Səricanov 10 il azadlıqdan məhrum edilib.  Bu barədə onun yaxınları məlumat yayıb.  Ə.Səricanov Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham olunub. Özü isə ittihamla razılaşmır.  F.Mustafa 2023-cü il martın 28-də Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Deputat çiyin və bud nahiyəsindən yaralanıb. Hadisədən sonra beş nəfər həbs olunub. İttiham aktında iddia olunur ki, sui-qəsd planı İrandan sifariş olunub və...
Siyasət

Tramp: "ABŞ-də yetərincə istedadlı insan yoxdur, xaricdən gətirmək lazımdır"

13 Noyabr 2025

Foto: Guardian

ABŞ prezidenti Donald Tramp xaricilərə ölkəsində müvəqqəti işləməyə imkan verən "H-1B" vizalarını müdafiə edərək bildirib ki, bəzən xarici işçi qüvvəsinə ehtiyac var, çünki ABŞ-nin özündə “müəyyən istedadlar” yoxdur. Tramp bu fikirləri noyabrın 11-də "Fox News" telekanalına müsahibəsi zamanı səsləndirib. O, administrasiyasının bu tip vizaların verilməsini davam etdirməyə üstünlük verib-verməyəcəyi barədə sualı cavablandırarkən bildirib ki, ABŞ “istedadlı insanları ölkəyə gətirməlidir.” Jurnalist “Bizim kifayət qədər istedadlı insanlarımız var” dedikdə isə Tramp belə cavab verib: “Xeyr, bizdə bəzi istedadlar yoxdur. İnsanlar haradansa nəsə öyrənməlidirlər.” Prezident ABŞ-yə xaricdən investisiyaların cəlb edilməsini, o cümlədən avtomobil və süni intellekt sənayesini gücləndirəcək investisiyaları təşviq edib. Lakin o,...

Seçilmiş Videolar

Toplum TV loqo